şəxslər

Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi iddiası doğrudurmu?

    05.09.2014
Sual: 
Salam aleykum Omer r.anhun dogrudan Fatmeyi zehra anamizi qapi arasinda qoyaraq oldurub...??? Bu fikir duzdu elmli qardaşlardan xaiw edirem Allah rizsi ucun yazsinlar
Cavab: 

Aleykum salam. Bu kimi rəvayətlər uyudrma və böhtanla dolu rəvayətlərdir. Bu bir-başa İmam Əliyə (radıyəllahu anhu) böhtandır.

Televiziyada göstərilən Peyğəmbərimizə aid olduğu deyilən əşyalar həqiqətən ona aiddirmi?

    04.09.2014
Sual: 
salamu aleykum.televizorda Muhammed peygemberin saci saqqali,qilinci,sandigi,paltari ve diger esyalari gosterilir.bunlar heqiqeten de onami aiddir?
Cavab: 

Aleykum salam. Dünyanın müxtəlif yerlərində muzeylərdə Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) aid olduğu iddia edilən əşyalar saxlanılır. Bu əşyaların həqiqətən də Ona (salləllahu aleyhi və səlləm) aid olmasına dair səhih dəlil yoxdur və mötəbər alimlər də bunu təsdiqləməyiblər.

Peyğəmbərimizin həyatına aid oxumağa hansı kitabı tövsiyə edirsiniz?

    02.09.2014
Sual: 
Salam aleykum mene Peygemberimizin heyatina aid yaxsi kitab lazimdi , tovsiye ede bilersiz? Bi de hardan elde ede bilerem? Cox sag olun Allah sizlerden razi olsun.
Cavab: 

Aleykum salam. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatını öyrənmək üçün ən yaxşı kitablardan biri əl-Mubarək Furi'nin "ər-Rahiq əl-Məxtum" kitabıdır. Azərbaycancaya tərcümə olunub. Sarı üzlü, adı "Həzrət Peyğəmbərin Həyatı" olan kitabdır.

Umeyr ibn Vahb, Əbu Talhə və bir neçə səhabə haqqında yaza bilərsinizmi?

    18.08.2014
Sual: 
Salam Aleykum...Sehabeler haqda bilmek istetdim. Umeyr IBn Vehb ve Ebu Talha nece sehabe olublar???I haqda onlarin heyatini bilmek isterdim...Birde.bir hedisde eeitmiwe ki Bir sehabe cennetde Quran oxuyarken ewitdim Peyganberimiz deyir bu sehabe anasina cox gozel davranardi..Hemin sehabeni adi ne olub?? Ve o neCe sehabe olub heyati haqda???? Birde zehmet olmasa men bilmek isterdim sehabelere aid hansi kitabi alib oxusam meslehet gorursuz birde hedisler kitabi????? Evvelceden Tewekkur edirem..Allah razi olsun
Cavab: 

Aleykum salam.

Abort etmək olarmı və bəzi insanlar Ömər ibn Xattab haqqında niyə pis fikirdədirlər?

    06.08.2014
Sual: 
salam aleykum.menim size 2 sualim olacaq.ikisini de cavablandirsaz cox sevinerem. menim 1 tanisim hamiledi ve usagi aldirmaq isteyir.men ona bunun gunah oldugunu soylediyimde 4 hefteye qeder aldirmaq gunah deyil dedi.bu dogrudur mu? birde bezi insanlar Hz.Omer haqqinda niye pis fikirdediler ? menim bildiyim qeder o pis insan olmayib hetda dunyadayken cennetle mujdelenen 10 neferden biri olub.suallarimi cavablandirsaz cox sevinerem. evvelceden ALLAH razi olsun.Allaha emanet olun
Cavab: 

Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər vaxtlarda isə heç bir halda abort etməyə icazə verilmir.

İsa Allahın oğludurmu?

    26.07.2014
Sual: 
bir vidioya bahdim, isa Allahin ogludu?
Cavab: 

Aleykum salam. Əsla, İsa Allahın oğlu deyil. Bunu iddia edən xaçpərəstlər bu sözlərinə görə kafir oldular. Uca Allah buyurur: "(Ya Peyğəmbər!) De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur". (əl-İxlas, 1-4).

Pages