şəxslər

Əhli-Sünnə kitablarında Ömərin xanım Fatiməni döyməsi yazılıbmı?

    27.06.2015
Sual: 
Ehli Sunnenin oz kitablarinda o qeder yazilib ki Xanim Zehrani Omer deyus oldurub niye gizledirsen?Allahdan qorxmursan?Caamati aldadib dini sehv yayma muselman
Cavab: 

Salam aleykum. Bilməlisiniz ki, səhih hədis kitablarına uydurma məlumatlar daxil edilmir. Daha ətraflı:
Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi iddiası doğrudurmu?

Asiyə adının mənası nədir?

    11.06.2015
Sual: 
Salam aleykum. Fironun xanimi Asyanin adi haqda olacaq sualim. Bu adin bir neche variantini eshitmishik meselen Asya, Asiye, Asiyye ve s. Bir yerde oxumushdum ki, ushaga asiye adini qoymaq olmaz, asi olan menasini dashiyir.. Dogru deyilish nece olmalidir?Bu haqda etrafli melumat vererdiz zehmet olmasa..
Cavab: 

Aleykum salam. Azərbaycan dilində Asiyə kimi səslənən bu kəlmə (آسية - Əsiyə) əslən yəhudi mənşəli söz olub, qədim ibrani dilində mənası gündoğan, möminə, təmiz qadın, rəhimli, üzü nurlu olan deməkdir. Rəvayətə görə dünyanın fəzilətli qadınından biri olub.

Bəzi şəxslər Əbu Bəkr və Ömərə niyə pis münasibət bəsləyirlər?

    03.06.2015
Sual: 
salamun eleykum.menim iki sualim var.sie mezhebinden olanlar nie Ebubekre Omere yaxsi munaibet beslemirler?
Cavab: 

Aleykum salam. Onlar İslamı parçalamaq istəyənlərin ortaya atdıqları bəzi yalan məlumatlara aldanıblar. Allahın Cənnətlə müjdələdiyi, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yaxın dostu, qayınatası, silahdaşı olmuş fəzilətli insanlara necə nifrət etmək olar? Həmçinin oxuyun:

Peyğəmbərimiz vəfat etdikdən sonra cümə namazını kim qıldırıb?

    28.04.2015
Sual: 
SALAM.Peygamberimiz dunyasini deyisdikden sonra cuma namazini kim qilmisdi?
Cavab: 

Aleykum salam. Allah Rəsulun (Allahın ona salavatı və salamı olsun) vəfatından sonra xəlifə Əbu Bəkr (Allah ondan razı olsun) olmuş və namazları da əsasən o qıldırmışdır. Allah Rəsulu sağlığında da, ölümünə yaxın xəstə vaxtlarında imamlıq üçün onu irəliyə çəkmişdir.

Muzeylərdə saxlanılan əşyalar həqiqətən Peyğəmbərə məxsusdurmu?

    01.04.2015
Sual: 
salam aleykum.Eshitmishem Peygemberimizin(s.e.v.) saclarini ve hansisa bir paltarini muzeylerde saxlanilib. Videolari da gordum,cox uzun saclar. Amma men nedense hec inanmiram.o saclar,heqiqeten peygemberimizin olsun. Duzu pis tesir eledi mene.Peygemberimiz cetin buna izn vereydi saclarini kesib saxlamagina. Paltari belke de ola biler. Men bilmek isterdim sizce bu heqiqeten ola biler? Peygember buna icaze vere bilerdimi? haqqi halal edin. Allah razi olsun.

Əli öz qızı Ummu Gülsümü Ömərə ərə veribmi?

    31.03.2015
Sual: 
Salamm aleykum,bir sualim var o duzdumuki imam ALi(e.s)oz qizi Ummu-Gulsumu,2-ci xelife Omere ere verifdi...
Cavab: 

Aleykum salam. Bəli, həqiqətən Əli (radıyəllahu anhu) Fatimədən (radıyəllahu anhə) olan qızı Ummu Gülsümü xəlifə Ömərə (radıyəllahu anhu) ərə verib. Bu, müxtəlif tarixi mənbələrdə dəlillərlə qeyd olunub. Ömərin (radıyəllahu anhu) Ümmü Gülsümdən övladları da olmuşdur. 

Pages