şəxslər

"Bu dünya mömin zindanı, kafirin isə Cənnətidir" hədisini izah edə bilərsinizmi?

    02.02.2015
Sual: 
bele bir soz esitmisem bilmirem belkede hedisdi deyir "bu dunya mominler ucun zulmet kafirler ucun cennetdir" bu ne demekdir?
Cavab: 

Salam aleykum. Əbu Hureyrədən (Allah ondan razı olsun) gələn rəvayətə görə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; İmam Əhməd, 8272; ət-Tirmizi, 2426; İbn Məcəh, 4113).

Peyğəmbərimizin neçə xanımı olub və adlarını yaza bilərsinizmi?

    26.01.2015
Sual: 
Salam Aleykum, Rasulullah Sallallahu Aleyhi ve sellemin neçe zovcesi var idi? ve adların yazın in sAllah
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) 13 zövcəsi (xanımı, həyatyoldaşı) olub. Bunlardan 11 ilə yaşamış, 2-si ilə yaxınlıq etməmiş onları boşamışdır.

Peyğəmbərimizin qəbri harada yerləşir?

    25.01.2015
Sual: 
as salamu aleykum.peygemberimizin (sallallahu eleyhim ve sellem) qebri haradadir ?xaiw edirem tez cvb vererdiniz
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qəbri Mədinədəki Peyğəmbər məscidinin içərisindədir. Əvvəllər bu məscid kiçik idi, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) zövcəsi Aişənin (Allah ondan razı olsun) evi isə məscidə bitişik idi.

Bütün peyğəmbərlər namaz qılıblarsa, onda İsa xristian yox müsəlman olub?

    21.01.2015
Sual: 
salam namazi ilk defe mehemmed peyganber getirmeyib axi siz deyirsizki butun peygan berler namaz qilib bes isa peyganberde qilibsa o muselmandi yoxsa xiristian men hecne basa dusmurem axi
Cavab: 

Aleykum salam. Müsəlman Allaha təslim olub, heç bir şərik qoşmadan yalnız ona ibadət edən kimsəyə deyilir. Bu mənada bütün peyğəmbərlər müsəlman olub. Xristianlıq isə İsanın (Allahın ona salamı olsun) gətirdiyi tək Allaha ibadət dininin insanlar tərəfindən dəyişdirilməsi nəticəsində yaranıb.

Peyğəmbərimizin valideynləri müşrik olubsa, niyə atasının adı Abdullah idi?

    09.01.2015
Sual: 
As salamu aleykum. Bir sual meni cox maraqlamdirir.bildiyim qederince Peygember (s) atasi da anasi da musrik olub.Atsinin adi Abdullah olub ve menasi Allahin qulu demekdir. Bes nece olur ki, musrik birinin adi Allahin qulu olur.Bu sual meni cox narahat edir.Allah rizasi ucun cavablandirardiz.
Cavab: 

Aleykum salam. Peyğəmbərin zamanında da insanların əksəriyyəti müşrik, kafir olsalar da belə onlar Allahı, yaxud Allahın qulları olduqlarını danmırdılar.

O hansı səhabədir ki, Peyğəmbər onun üçün bir varlının qızını istəməyə getmişdi?

    21.12.2014
Sual: 
As salamu aleykum)) Rasulullah ( sallallahu aleyhi ve sellem ) bir sehabesini varli birisinin qapisina elchiliye gonderdiyi ve hemin varlinin qizini ozune zovce (heyat yoldashi) istemeyi buyurdugu sehabenin adi nedir? Zehmet olmasa o sehabe barede hedis varsa,bura etrafli yazin)) Allah razi olsun
Cavab: 

Aleykum salam. Bu səhabənin adı Culeybib (Allah ondan razı olsun) idi. Bu sözün mənası isə "az böyümüş" deməkdir və "cəlbəb" sozünün kiçildilmiş formasıdır. Bu addan məlum olur ki, Culeybib (radıyəllahu anhu) çox kiçik boylu idi.

İlk dəfə şirk necə yaranıb və ilk bütə tapınan insanın adı nə olub?

    04.12.2014
Sual: 
ess salam aleykum .ilk defe butu yaradan insanlari onan devet eden ve ona ibadet eden sexs kim olub mumkunduse buna etrafli cvb veresiz
Cavab: 

Aleykum salam. İlk şirk Nuh peyğəmbərin (Allahın ona salamı olsun) dövründə yaranıb. Amma ilk şərik qoşanın adı barəsində isə şəriətdə məlumat verilmir. İlk dəfə şirk edən Nuhun (Ona Allahın salamı olsun) qövmü olmuşdur.

Cənazəsində 70 min mələk iştirak etmiş səhabə kimdir və sədəqə haqqında

    03.12.2014
Sual: 
Salam aleykum. Cənazəsində yetmiş min mələkin iştirak etdiyi səhabənin adı nədir və könüllü sədəqə haqqında yaza bilərsinizmi?
Cavab: 

Aleykum salam. Həmin səhabənin adı Sa'd ibn Muazdır. Sad ibn Muaz Xəndək döyüşündə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) önündə sinəsini sipər etmiş, bir ox onun şah damarına saplanması ilə çox qan itirmişdi.

Pages