şəxslər

Bütün peyğəmbərlər müsəlman olublarmı və digər suallar

    15.07.2014
Sual: 
Salam aleykum.1.Peyqemberlerin hamisini muselman adlandirmaq olarmi?2.Hz.Isa evli olubmu?bu mene chox maraqlidir.3.Sizin cavabiniz niye QMI ile ziddiyet teshkil edir?QMI bildirib qedr geceleri Ramazan ayinin 19,21,23-cu gecelerinden birindedir,amma siz dediniz axir on gunun tek gecelerindedir.Indi men hansina inanim?
Cavab: 

Aleykum salam. Bəli, bütün peyğəmbərlər müsəlman olublar. Daha ətraflı bu məqaləni oxuyun: İslam - tək haqq dindir!
İsanın (aleyhis-sələm) evli olub-olmaması ilə bağlı səhih məlumat yoxdur.

Həmzə kim olub?

    05.07.2014
Sual: 
Hz.Hemze kimdir?
Cavab: 

Salam aleykum. Həmzə ibn Abdulmuttalib (Allah ondan razı olsun) fəzilətli səhabə və peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əmisi olub. Seyyidu-ş-Şuhədə (şəhidlərin ağası) ləqəbi yalnız ona verilmişdi.

Abdulaziz ibn Bəz dünyanın kürə formasında olmasını deyənlərə kafir demişdirmi?

    29.06.2014
Sual: 
As Salamu Aleykum. Abdulaziz bun Baz ehli-sunne alimidirmi? O dunya kure formasindadir deyen kafirdir demisdirmi?
Cavab: 

Aleykum salam. Abdulaziz ibn Bəz  Səudiyyə Ərəbistanında Böyük Alimlər Heyətinin sədri və baş mufti olmuşdur. O, dünya kürə formasındadır deyənlərə kafir deməmişdir.

Ətağa müqəddəsdirmi?

    28.06.2014
Sual: 
Salam Etaga muqeddesdi?
Cavab: 
Aleykum salam. İslama görə heç bir şəxs müqəddəs sayılmır. Müqəddəslik sifəti yalnız Uca Allaha məxsusdur. Qurani Kərimdə Uca Allahın "əl-Quddus" adı çəkilir. Bu adın mənası "Pak və Müqəddəs" deməkdir.

Pages