şəxslər

Məhəmməd peyğəmbərdən başqa heç bir peyğəmbəri tarix təsdiq etmir?

    26.11.2014
Sual: 
Məhəmməd peyğəmbərdən başqa heç bir peyğəmbəri tarix təsdiq etmir. Tarixi şəxsiyyət kimi. Bu suala cavab versəniz məmnun olaram. Allah təala sizlərdən razı olsun!
Cavab: 

Salam aleykum. Ən səhih mənbə Qurandır, çünki bu kitab Uca Allah tərəfindən nazil edilmiş və indiyə qədər heç bir dəyişikliyə məruz qalmamışdır.

Davud peyğəmbər Musa peyğəmbərdən (Onlara Allahın salamı olsun) əvvəl olubmu?

    02.11.2014
Sual: 
Salam Aleykum.Musa peyygenberden sonra hansi peygenber gelib? Davud(e) Musadan evvel gelib yoxsa sonra.Isa ile Musa arasinda peygenber olubmu? Yoxsa ard arda gelibler.Olubsa kim olub?
Cavab: 

Aleykum salam. Bu məsələ mübahisəli olsa da, səhih olan rəy budur ki, Davud Musadan (Onlara Allahın salamı olsun) sonra yaşayıb. Buna dəlil isə əl-Bəqərə surəsinin sonlarında Musadan (Ona Allahın salamı olsun) sonra yaşamış İsrail oğullarının hekayəsidir.

Sübh namazının sünnətində hansı surələr oxunur və digər suallar

    30.10.2014
Sual: 
Assalamu Aleykum Va Rahmatullah... 1) Sübh namazından əvvəl qılınan iki rükət sünnətdə adətən hansı surələr oxunur? 2)Muselmanlara qarshi kin beslememek uzde nurun olmasina sebeb ola bilermi? 3) Hansı peyğəmbər, rəsullallahın (sallallahu aleyhi və səlləm) dünyaya gəlməsini müjdələmiş və hansı surədə buna toxunulmuşdur? 4) Hədisdə gəlir ki, peygember (s.a.s) yəhudinin cənazesini görüb ayağa qalxdi. Bunun sebebi nedir? 5) Qadin neche gun yas saxlaya biler? 6) Azan verende iki eli qulagin dibine qoyub azan vermek shertdir, yoxsa tek el ile ve ya elsiz de azan vermek olar?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullah. 

Quran Peyğəmbərimizə neçə yaşında və neçə il ərzində nazil olub?

    30.10.2014
Sual: 
Salam aleykum,menim 1ci sualım budur ki,Quran kitabı Hz.Mehemmede(s.a.s) neçe yaşından nazil olub? 2ci sualım ise budur ki Quran peyğemberimize neçe il müddetinde endirilib?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və  səlləm) bir müddət Hira mağarasına çəkilib orada ibadət etdikdən sonra Miladi təqvimlə 610-cu ildə 40 yaşında ikən ona peyğəmbərlik verilir. (əl-Buxari, Muslim). Peyğəmbərlik ona birinci gün verilir.

Masonlar kimlərdir?

    26.10.2014
Sual: 
Massonlar kimlerdir
Cavab: 

Salam aleykum. Alimlərin rəyinə əsasən Masonluq bütün dinləri yer üzündən silməyə çalışan və hər şeyə hakim olmağa çalışan gizli siyasi hərəkatdır. Uca Allah buyurur: "Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər.

İbrahim peyğәmbәrin atası bütpərəst olub?

    13.10.2014
Sual: 
Ibrahim peygәmbәrin atasi budperest olmusdur?atasi tarix deyerken kim nezerde tutulur? bizlere vaxt ayirdiginiz ucun cox sagolun.
Cavab: 

Salam aleykum. Bəli, İbrahimin (Allahın ona salamı olsun) atası həm bütə sitayiş edən (bütpərəst), həm də büt düzəldən olmuşdur. O, bütləri düzəldib satardı. Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən?

İmranın qızı Məryəm ilə Harun və Musa bacı-qardaş olublarmı?

    07.10.2014
Sual: 
Salam,bilmek isterdim ki,quranda imranın qızı meryem hansı meryemdi,axı meryem suresinde 28ci ayede harunun bacısı yazılır(ey harunun bacısı,pis kişi deyildi atan,exlaqsız deyildi anan ve.s),yeni ele musa da harunun qardaşıdır ki onun da yeni musanın da bacısı sayılır,axı musa ile meryem oğlu isanın arasında 1000il ferq var,bu nece ola biler?
Cavab: 

Aleykum salam. Muğira ibn Şöbə belə rəvayət edir: "Bir gün peyğəmbər (sallallahu aleyhi və səlləm) bəzi ehtiyacları ilə bağlı məni Nəcran qəbiləsinə göndərdi. Mən ora çatdıqda onlar mənə dedilər ki, siz bu ayəni ("Ey Harunun bacısı..." Məryəm, 28) oxuyursunuzmu?

Peyğəmbərlərin səhvi olubmu?

    05.09.2014
Sual: 
Salam aleykum. Peygemberlerin sehvi olubmu? Allah razi olsun.
Cavab: 
Va aleykum Salam. Bütün peyğəmbərlər, xüsusilə də peyğəmbərlərin sonuncusu, Adəm övladının ağası Muhəmməd Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın əhkamlarını insanlara təbliğ etmək məsələsində səhv etməkdən məsumdurlar.

Pages