şəxslər

"Tabein" sözünün mənası nədir?

    23.03.2015
Sual: 
Salam aleykum.Bezi kitablarda filankes tabiinlerden biri idi yazilir. Tabiin ne demekdir?ve sehabe ile eshabin ferqi nededir? Salam aleykum va rahmətullahi va bərakətuh
Cavab: 
Aleykum salam. Tabein - səhabələrin ardıcılları, yəni onlardan sonra gələn nəslin nümayəndələrinə deyilir. Peyğəmbəri görüb, ona iman gətirənlərə isə səhabə deyilir. Buradan da aydın olur ki, səhabə peyğəmbəri görənə, tabiin isə səhabəni görənlərə deyilir.

Fatimə niyə gecə dəfn edilib və səhabələr Əliyə qarşı çıxıblarmı?

    22.03.2015
Sual: 
Salam aleykum. şiələrin bəzi səhabələr haqda fikrini bilirəm , yəni pis fikirdədirlər. Amma nə sünni nə də digər mənbələrdən bunlara aydınlığ gətirəcək birşey tapa bilməmişəm. Daha doğrusu bunlara cavab verə biləcək adam tanımıram. Məndə də son zamanlar şiələrin haqlı olduğuna dair şübhələr yaranır.Sizdən xahiş edirəm ki, sualımı cavablandırasınız. Həqiqətən bəzi səhabələr Hz. Əliyə qarşı çıxıblar??Peyğəmbərimizin qızı Fatimə niyə gecə ilə dəfn edilib? Allah razı olsun. Salam aleykum.
Cavab: 

Aleykum salam. Hər müsəlman ona fayda verəcək işlərlə məşğul olmalı, axirətdə ona ziyan verəcək şeyləri tərk etməlidir. Bu mövzuya girməsəniz, qiyamət günü sizə veriləcək suallar içərisində səhabələrin arasında baş vermiş ixtilaflar olmayacaq.

Ən xeyirli səhabə kim olub?

    08.03.2015
Sual: 
Salam Aleykum.sualim odurki..En xeyirli sehabe kim olub Peyganber ucun??
Cavab: 

Aleykum salam. Hədislərə əsasən, səhabələrin arasında ən fəzilətlisi dörd xəlifədir -- Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun). Sonra isə cənnətlə müjdələnən on səhabənin digərləridir.

Beşikdə ikən danışmış peyğəmbər kim olub?

    14.02.2015
Sual: 
Salam Aleykum..Sualim odur ki Hansisa Peygamber bewikdeyken daniwib bu duzdu?? Birdeki O videolarda gosterirler ki 3 ayliq uwaq le ile he Illellah deyir men inanmiram . Bir never in qoca qadinin eli yanmiwdi Sonra elinin ustune Allah sozu yazildi...biride guy ayuxudayken Qurandan sureler oxuyur aMa ayilanda bilmir oxumaga.....
Cavab: 

Aleykum salam. Beşikdə ikən danışmış peyğəmbər Məryəm oğlu İsa (Allahın Ona salamı olsun) olub. Uca Allah buyurur: "(Məryəm) ona işarə etdi. Onlar dedilər: "Beşikdə olan körpə ilə necə danışaq? (Körpə dil açıb) dedi: "Həqiqətən də, mən Allahın quluyam!

Yəsir və Ammar ibn Yəsir haqqında

    14.02.2015
Sual: 
Salam Aleykum ve Rahmatullahi ve bereketahu...Allah razi olsun suallarimi cavab yazirsiz. bilmek istetdimki Yasir adinda sehabe olub gorunuwce nece olubdu daha etrafli onun haqda bilmek istetdim..Birde turkler Ammar bin Yaser ..Bezileri Ammar Ibn Yasir ...Eslinde necedi bu sehabenin adi...????? Cennet 3 sehabe ucun darixir onlardan biri Yasirdi Bele ewitmiwem bu dogrudurmu???? Birde bimmek isterdim Meselen Ebu Talha sehabe Ebu ne demekdi??? Omer Ibn ..Musab bin Umeyr...Yeni birinci atanin adi yazilir sehabenin adindan once???
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

Məryəm adının mənası nədir?

    13.02.2015
Sual: 
salam.meryem adinin menasi nedi dinde?
Cavab: 

Aleykum salam. Məryəm sözünün mənası yəhudi dilində "uca" və ya "dənizin xanımı" deməkdir. Digər mənası isə "Allaha ibadət edən qadın" deməkdir. İlk dəfə bu adla adlanan İmranın qızı Məryəm (Onlara Allahın salamı olsun) olub. Bu ad ilə onu anası Hənnə adlanırıb.

Pages