şəxslər

Peyğəmbərə salavat deyərkən əli üzə çəkməliyik?

    28.01.2014
Sual: 
Salam aleykum. Biz Peygemberimizin, yeni Mehemmed peygemberimizin adini chekende salavat verende (sallallahu aleyhi va sellem) deyende salavati (elimizi) uzumuze chekmeliyik, yoxsa ferqi yoxdur?
Cavab: 

Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməmişdir. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.

Adəmin uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, deməli günahdan yaranmışıq?

    26.01.2014
Sual: 
Salam aleykum. Adəm və Həvvanın uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, bu günahdan yarandığımızı təlqin edir? Ya necə? Zəhmət olmasa ətraflı izah edərdiz.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (ən Nisa, 1).

İslamı ilk qəbul edən kişi kimdir?

    24.01.2014
Sual: 
Salam. Esas sehifede islami qebul edenlerden ilk kishi Ebu Bekr yazmisiniz. Ama bu bele deyil. İslami ilk qebul eden kishi Allahin hocceti, velisi Hz. Eli (aleyhisselam)-dir. Hz. Peygemberimize qarshi sui qesd hazirlanarken, onun olum yataginda yatanda Hz. Eli (aleyhisselam)-dir. Sehifenizde 12 imama genish yer vermeyinizi chox isterdim.
Cavab: 

Aleykum salam. Bəli bu belədir. İslamı böyüklər arasında ilk qəbul edən kişi Əbu Bəkr (Allah ondan razı olsun) olub. Bu barədə Əbu Bəkr əs-Siddiq adlı məqaləni yenidən diqqətlə oxumağınız tövsiyə olunur. Hz.

Saytınızda əhli-beyt haqqında məqalələrin olmasını istəyərdim

    24.01.2014
Sual: 
Esselamu aleykum. İmamlar haqqindaki dushuncelerinizi yazin. İslam saytinda 12 imama aid movzuya yer verilmemesi meni chox narahat etdi. Onlar bu yolda canlarindan, ovladlarindan, mallarindan her sheylerinden kechibler. Saytinizda 14 mesuma genish yer verilmesini isteyerdim. Qalin Merhemetli ve Qudretli Allahin xosh nezerinde.
Cavab: 

Aleykum salam. Əlbəttə, Əhli-Beytin fəziləti, onların məqamı və hörməti islam qaynaqlarında xüsusi ilə vurğulanıb və bunu heç bir müsəlman danıb inkar edə bilməz. İnşallah, bu mövzuda məqalələr silsiləsi hazırlamağı planlaşdırırıq.

Peyğəmbərin mövlud gününü qeyd etmək doğrudurmu?

    18.01.2014
Sual: 
Salam aleykum. Her kesin ve butun muselmanlarin movlud kandili mubarek olsun inshallah. Bilmek olarmi bu mubarek heftede ne etmek daha yaxshi olar? Hansi dualari oxumaq, zikrleri etmek ve ya hansi namazlari qilmaq lazimdir?
Cavab: 

Aleykum salam. Qurani Kərimdə Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) doğum gününü qeyd etməyə dair heç bir şey yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) özü bunu etməmiş, nə sağlığında, nə də ölümündən sonra kiməsə bunu etməyi əmr etməmişdir.

Rəhimə xanım hansı imamın qızıdır?

    15.01.2014
Sual: 
Salam aleykum men bilmek isteyirem ki, Rehime xanim nechenci imamin qizidir ve onun bacisi ve ya qardashi varmi?
Cavab: 

Aleykum salam. Tarixi rəvayətlərə görə Rəhimə xanım əhli-beyt nəsilindən hesab olunan altıncı imam, İmam Sadiqin oğlu, yeddinci imam Əbul Həsən Musa ibn Cəfər əl Kazımın qızıdır. Rəhimə xanımın anası isə Həlimə xanım olub. Rəhimə xanımın qardaşı isə səkkinci imam, İmam Rzadır.

Yuxuda Muhəmməd peyğəmbəri görmək haqqında

    12.01.2014
Sual: 
Salam aleykum. Mənim adım Günaydır. Sizə əvvəl də bu sualı vermişəm. Mən yuxuda Məhəmməd peyğəmbərin həm balaca vaxtını, həm də yaşlı vaxtını görmüşəm. Özü dedi ki, mən Məhəmməd Peyğəmbərəm. İndi də bir başqa yuxu görmüşəm. Mən ailəli olub ayrılmışam. Bir oğlum var. Yoldaşım isə məndən ayrıldıqdan sonra yenidən başqa bir xanımla ailə qurub. Namazda bir-iki dəfə taleyimə görə ağlamışam. Gecə mənə dedilər ki, Məhəmməd Peyğəmbər deyir ki, Günaya deyin ki, İmam Hüseyn ağa ona hirslənib. Deyir namazda ağlamasın. Mən bu yuxunun təsirindən çıxa bilmirəm. Sizcə bu nə deməkdir?
Cavab: 

Va aleykum salam. Ümumiyyətlə yuxu Uca Allahın insanda var etdiyi qəribə və sirlə dolu olan bir haldır. Uca Rəbbimiz belə buyurur: "Allah canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar.

Əlidən əvvəlki xəlifələr ona qarşı haqsızlıq ediblərmi?

    12.01.2014
Sual: 
AsSalam aleykum va rahmatullahu va barakathu. Xais edirem genis izahini veresiz. Bezi ozune muselman deyen keslerin ilk uc xelifeye (r.a) lenet oxudugunun guya Hz.Elinin (r.a) haqqina girdiklerini iddia edirler. Bu hadiselere tarixi delillerle bir aciqlama vermeyinizi xais edirem. AsSalam aleykum.
Cavab: 

Va aleykumus-Sələm və rahmatullahi və bərakətuhu. Verilən sualın geniş şərhə ehtiyacı olduğu üçün qısası onu demək olar ki, onlar biri-birlərinə mehriban qardaş olub və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) ən fəzilətli səhabələrindən sayılırlar.

Pages