ailə

Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?

    04.01.2016
Sual: 
men erimle ayrilmisam 1 qizimda var 7 ildirki bizimle hec bir elaqesi yoxdur kebinimiz qalir men nece bosana bilerem yeniden aile qurmaq isteyirem
Cavab: 

Salam aleykum. Əgər siz ərinizlə hər iki tərəfin razılığı əsasında ayrılmısınızsa, artıq boşanmış sayılırsınız və kəbin kağızı öz qüvvəsini itirmiş sayılır. Əgər arada boşanma haqda razılıq olmayıbsa ərinizin böyükləri ilə razılaşıb məsələni həll etmək olar.

Nə edim ki, ailə qura bilim?

    02.01.2016
Sual: 
Salam.Mən ailə qurmaq istəyirəm-hər bir müsəlman insan kimi amma hər dəfə həyatımda bir maneyə qarşıma çıxır-ugursuzluk,xəstəlik və kimsənin vəfatı.Mən nə edim bu problem həyatımdan çıxsın və mən xoşbəxt ailəyə sahib olum?
Cavab: 
Və aleykum Salam. Baş verən hadisələrə görə evlənməyi təxirə salmaq şəriətə ziddir. Uca Allaha çoxlu dua edərək sizə xeyirli həyat yoldaşı nəsib etməsini istəmək lazımdır. Qarşıya çıxan maneələrə fikir verməyin.

Qüsurlu doğulacağı təhlükəsi ilə uşaq saldırmaq olarmı?

    31.12.2015
Sual: 
salam men 4 heftelik hamıleyem mende mikrob var eger mikrobla uşaq dünyaya gelse qusurlu ola bıler. 2 oğlum var böyük oğlum eqli zeifdi. qusurludu. istemırem kı, bu uşada qusurlu doğulsun eger bu uşağı aldırsam günah olmaz ki birinci defe bele herekeye addım atıram. Allahıma günde dua edırem mende mikrob olmasın uşağı aldırmayım elimnen bır şeygelmır. ne olar mene meslehet verin.

Evlərində olduğum ailə fala çox bağlıdır, özümü şərdən necə qoruyum?

    26.12.2015
Sual: 
evliyem bir oglum var qaynananmla baldizla yasayiram iki baldizim ve qaynanam fala cox inanir bir falci var ayda bir defe cagrillar gelir men onu sevmirem menim otagimdada baxir o gelende meqativ enerji otrur mene cox pis oluram teziqim qalxir hemin an yutubdan feleq nas ixlas ayetil kurse qulaq asiram men ozum ollari oxumadan ollari dinlemek mene tesir edermi cavabladirin .sag olun fapa yoldasim olara hec ne deye bilmir
Cavab: 
Salam aleykum. İbadətləri dəqiq yerinə yetirin, çoxlu Qurana qulaq asın. Əgər səsli qulaq asmaqda problem varsa, qulaqcıqlarla qulaq asın. Səhər və axşam zikrlərini edin. Gecə-gündüz dua edin ki, Allah sizi bu fitnədən qorusun.

Pages