ailə

Valideynim pişiyi yemləməyə qoymur

    31.12.2013
Sual: 
Salam,men namaz qilianam,cox vaxta dilsiz agizsiz pishiyi yemleyirem,ama valideyinim buna narazidir ki,onu dadandirma bura ama men yenede furset dushdukce yemleyirem...Sizce men anamin sozune qulaq asmiramsa gunah edirem?yoxsa duzdun? sag olun...
Cavab: 

Aleykum assalam. Pişiyi evinizdən uzaqda yemləsəniz valideyninizi narazı salmış olmazsınız

Abort etmək günahdırmı?

    28.12.2013
Sual: 
Salam aleykum. Hansi halda abort gunah sayilmir? Etrafli yazin xahish edirem.
Cavab: 
Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər hallarda hamiləliyin neçənci günü olmasından asılı olmayaraq, abort etmək günahdır.

Sevgi günahdırmı?

    24.12.2013
Sual: 
Salam aleykum. Sevmek gunahdir? Sevmek sevilmek?
Cavab: 

Aleykum salam. Burada halal və haram məsələsi vardır. Uca Allah kişi və qadına ailə qurmağı, bir-birini sevməyi halal buyurmuş və bu işə xeyir-bərəkət vermişdir.

Sevmək və sevdiyinlə görüşmək günahdırmı?

    23.12.2013
Sual: 
Salam aleykum. Sevdiyin birile danishib, gorushmek umumiyyetle bu kimi sheyler, sevmek-sevilmek gunahdirmi?
Cavab: 
Aleykum salam. Sevmək günah yox, əksinə Allahın nemətlərindəndir. Rəbbimiz buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.

Pages