ailə

Kişi mesaj vasitəsilə qadına boşadığını deyərsə, bu boşanma sayılırmı?

    27.04.2021
Sual: 
Salam kebinin pozulmasi ucun kiwi telefon vasitesile seni bowayiram deyib bu zaman Kebin pozulmuw sayılırım ve yaxud Kevin kimse terefinden pozula bilermi kişinin icazesi var bowamaq isteyir
Cavab: 
Və aleykum Salam. Kəbini pozmaq səlahiyyəti kişiyə aid olduğu üçün kəbini yalnız o poza bilər. Bunun üçün kişi, zövcəsini boşadığını bildirməlidir. Fərq etməz istər sözlə ifadə etsin, istər yazıyla. Ətraflı bu cavabları oxuyun:

Nişanlanmaq üçün valideyni izin verməyə məcbur etmək günahdırmı?

    23.04.2021
Sual: 
Salam size bir sualım olacaq xahiş edirem tez cavab veresiz men bir oğlanı sevdim ancaq valideyinlerim razı olmadı ve men direşdim yene razı olmadılar her ikimiz direşdikden sonra atam razılıq verdi 1 ildi nişanlıyam ancaq atam razılıq vermeyine baxmayaraq içinde helede razı deyil ve mene çox esebidi nişanlımın alesine pis sözler deyir sizce men günah etmişem valideyinlerime qarşı çıxdığıma göre günah yazılır mene yeni ne qeder ayırmaq isdediler alınmadı allah bizim qismetimizi bir yazmışdı sizce men direşmekle düzgün etdim? Axiretde mene buna göre ceza verecekler valideyinlerime göre
Cavab: 
Aleykum salam. Könül xoşluğu ilə olmasa da əgər atanız razılıq vermişsə, buna görə günah qazanmırsınız. Həmçinin bilin ki, gələcəkdə nikahınızın düzgün olması üçün atanızın nikah üçün də izni və halallığı mütləq olmalıdır, çünki atanın izni olmadan kəsilən nikah Allah qatında düzgün sayılmır.

Məni yalandan öz bacısı kimi təqdim edən anamla münasibət saxlamalıyammı?

    23.04.2021
Sual: 
Salam men size tazmisdim anam atib gedib subay oglnla qacib..Siz de dediniz ki ananizla elaqe saxlayin danisin..Men anami 2 il once tapdim amma anam bizi oz tanislarina ovladlari kimi yox bacisi kimi teqdim eledi..bize de dedi sorussalar deyin bacisiyam demiyin qiziyam..Oz ozluyumde cox sindim.O gunnen sonra birdaha elaqe saxlamadim axtarmadim..Sizze duz ettim???onun artiq oz ailesi ve 2 qizi var.
Cavab: 
Aleykum salam. Əvvəla bunu qeyd edək ki, şəriətə uyğun hərəkət edərək ananızı tapmağınız və onunla münasibət qurmağınız təqdirəlayiqdir. Bilin ki, buna görə Uca Allah dərgahında böyük savab qazandınız.

Canında qorxu olan insana necə nəsihət etmək olar?

    06.04.2021
Sual: 
Salam aleykum.Oqlumun 24 yashi var. Vesveselidir.Caninda qorxu var.Bashqasindan soz qebul edir, amma bizden yox.En chox atasi ile yola getmir.Nese bir sehv hereket edenden sonra peshman olur.Ne meslehet gorerdiniz?Evvelceden Allah razi olsun.
Cavab: 
Va aleykum Salam. Vəsvəsələrdən xilas olmağın yolu Allaha sığınmaqdır. Evinizdə islama uyğun bir mühit yaradın və çalışın evdən kənarda da oğlunuz çox vaxt əməlisaleh insanların əhatəsində olsun.

Namaz qılmayan oğlanla ailə qurmaq günahdırmı?

    24.03.2021
Sual: 
Salam men özum namaz qılanam.Amma sevdiyim oğlan namaz qılan deil.Amma o da meni çox sevir artıq 5 ildi bir birimizi sevirik.Menim onunla evlenmeyim gunah sayilmaz?Belke men de onun bu yola gelmeyine vasiteci olaram.Aileme hele demeye cesaret tapmamişam.Ailemin rizasinin olmagi üçün dua var?
Cavab: 
Və aleykum Salam. Müsəlman kişi və ya qadın ailə quracağı şəxsi seçərkən ilk növbədə dininə və əxlaqına fikir verilməlidir. Çünki ailədə ər-arvadın biri-birilərinə təsiri olur. Əsasən də, kişinin qadına təsiri daha çox olur. Daha ətraflı:

Ailə qurmamaq günahdır, yoxsa məkruh?

    24.03.2021
Sual: 
Salam Aleykum. Bilmək istərdim ailə qurmamaq günahıdır yoxsa məkruhdur. Yani mən çox ağır xarakteri olan bir oğlanam Allah qarşıma özümə uyğun bir xanım çıxarmayıb. Ümumiyyətlə ailə qurmayıb həyatı elmə sərf etmək günahdır yoxsa məkruh. Təşəkkür edirəm
Cavab: 

Aleykum salam. Ailə qurmağın hikmətlərindən biri də insanın özünü haramdan (zinadan) qorumasıdır. Evlənməyin hökmü insandan insana dəyişir. Əgər evlənməyi tərk etmək insanın harama düşməsinə səbəbdirsə, bu halda evlənmək vacib olur.

Pages