ailə

Ərimdən 10 ildir boşanmışam, lakin kəbinin qayıtmayıb, ikinci dəfə ailə qura bilərəmmi?

    04.02.2021
Sual: 
Salam birinci erimden buşanmışam ama kebinimi qaytarmıyıb ikinci defe aile qurdum ikinci ailemle kebin ede bileremmi.bunu qeyd edimki birinci erimden 10 ildi ayrilmışam.ikinci ile aile qurmaq olarmı kebin düşürmü mene?
Cavab: 
Va aleykum Salam. Qarşılıqlı şəkildə boşandıqda, kəbin kağızı qüvvədən düşür və heç bir əhəmiyyət daşımır. Ona görə 10 il bundan əvvəl boşanan insan başqası ilə evlənə bilər. Siz də istədiyiniz adamla evlənə bilərsiniz.

Uzun müddət ayrı yaşayan ər-arvad kəbini təzələməlidirmi?

    04.02.2021
Sual: 
Salam aleykum . Mənim yoldaşım 7 aydırki Rusiyada işləyir yolların bağlanmasına göre hələki gələ bilmir.Deyirlərki kəbininizi yenidən etməsiz.. Bilmək istəyir kəbinimiz pozulurmu? Cəzakallahu xayran
Cavab: 
Va aleykum Salam. Bu, yalnış fikirdir. Kəbini yalnız kişinin öz xanımını boşaması poza bilər. Kişinin öz zövcəsindən uzun müddət ayrı qalması ilə kəbin pozulmur. Daha ətraflı: 

Boşanmış qadın kəbin olmadan ailə qura bilərmi?

    28.01.2021
Sual: 
Salam mən yoldaşımdan boşanmışam və evli biri ilə birlikdəyəm yəni evlənmişik ancaq kəbinimiz yoxdur və etdirmək üçün o öz arvadından halallıq almalıdır yoxsa bir qədər vaxtdan sonra batil olur deyirlər nə etməliyəm ki halal olsun 9 aydır ki birlikdəyik
Cavab: 
Aleykum salam. Əvvəla bunu qeyd edək ki, evli qadın ərindən boşandıqdan sonra yeni ailə qurmaq üçün iddə müddətini gözləməlidir. İddə müddəti isə qadının üç dəfə heyz olmasıdır. Yəni ərindən boşanan qadın üç dəfə heyz olmadan yeni ailə qura bilməz. 

Qadının kəbin kağızını cırması ilə kəbin pozulmuş sayılırmı?

    07.01.2021
Sual: 
salam adim Esma yoldawimla savawdim ve kebinimizi cirdim , kebinimiz pozulub ya yox ?
Cavab: 

Va aleykum Salam. Kəbin kağızını qadının cırması kəbinin pozulması demək deyil. Boşanma kişinin qadına onu boşamaq niyyətilə "səni boşayıram" və ya bu mənalı söz deməsilə baş verir. Daha ətraflı:

Boşandıqdan sonra qadına mehr verilirmi?

    25.12.2020
Sual: 
Salam. Yoldaşım 1ci nigahdan olan qadına mehriyyə verməyib. Belə olan halda günahdırmı? Və verməlidir ki mehriyyəni?
Cavab: 
Va aleykum Salam. Mehr - nikah bağlanarkən oğlanın qıza verdiyi pul, mal və ya zinət əşyasıdır. Mehr qadının haqqıdır və boşanma olduqda mehr qadına qalır. Əgər həyat yoldaşınız keçmiş zövcəsi ilə nikah bağlayarkən mehr müəyyən olunubsa, əriniz bu mehri keçmiş yoldaşına verməlidir.

Pages