ailə

Ərim başqa bir qadınla görüşür, lakin onu sevdiyim üçün bağışlayıram, doğru edirəmmi?

    04.08.2020
Sual: 
Men biliremki yoldawim bawka bir qadinla gorwur.amma onu sevdiyim ucun baqwliyram.amma yoldawim uwaqlarada menede yacwi davranir.men duzmu edrem onu baqwlamaqla
Cavab: 

Salam aleykum. Əgər həyat yoldaşınızın görüşdüyü qadınla kəbini varsa və bu qadın onun ikinci yoldaşıdırsa, bu halda buna normal yanaşmağınız və həyat yoldaşınızı buna görə qınamamaqda doğru edirsiniz.

Anam uşaq ikən məni atıb, indi onunla danışmamağa görə günah qazanırammı?

    03.08.2020
Sual: 
Salam.biz 3 usagiq.Menim anam menim 8 yasim olarken atamla evli ola ola bizi ve atami atib basqa subay bir oglanla qacib.indi 21 yasim var.Bize Nenem ve babam(anamin anasi ve atasi)baxib boyudub.evlendirib tehsil veribler..Anami ise bizi atib basqasi ile qacdigi ucun ovladligdan silibler...bizi eziyyet cekib boyuden nenem ve babamdi.(anamin anasi ve atasi)Bize anamla danisib gorusmeyimize de icaze vermirıer.anamda bizi axtarmir..Bize anamla danismamagimiza ve yaxud gorusmemeyimize gore gunah yazilirmi?
Cavab: 

Aleykum salam. Uca Allah anaları elə yaradıb ki, övlad məhəbbəti heç vaxt onların qəlbindən çıxmır. Düzdür, o sizi atmaqla böyük bir səhvə yol vermişdir, lakin bu analıq haqqını sizin üzərinizdən götürmüş olmur.

Həyat yoldaşım namaz qılmır, ona necə nəsihət edə bilərəm?

    30.06.2020
Sual: 
Salam aleykum. Sualım zövcemle bağlıdır, men namaz qıldığım halda zövcem helede namaza gele bilmir,namaz qılmaq niyyeti olsada bu işde özünü yubadır.Öncelikle ona dua etmenizi sizden xahiş edirem. Birde qurandan ve sehih hedislerden namaz qılmayan qadının cennetde heyat yoldaşıyla olmayacağı barede deliller varmi?Qısaca mene nesihet edinki, mende zövceme nesihet edim. Allah razı olsun sizlerden.
Cavab: 

Aleykum salam. Uca Allahdan sizi dinində sabit etməsini, zövcənizə isə hidayət verməsini və onun köksünü namaz üçün genişlətməsini diləyirik!

Ərimi qəzəbləndirəcək günah etmişəm, məni bağışlaması üçün nə edə bilərəm?

    17.06.2020
Sual: 
Salam, yoldasimi eseblesdirecek gunah etmisem cox pesmanam tovbe etmisem,cox uzgunem o ise deyirki olsende seni bagislamayacam,haqqimi halal elemirem,dua edirem ki Allah da oda meni bagislasin, amma nece dua edim basqa? Komejlik edin sagolun
Cavab: 

Aleykum salam. Dinimiz qadına ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı buyurub. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır.

Valideynlərimin dini nikahı yoxdursa, yenidən dini nikah bağlaya bilərlərmi?

    09.06.2020
Sual: 
Atamla Anamın dini nikahı yoxdu mən bilirəmki dini nikah olmamaq günahdır indi atamla anam dini nikah kəsdirsələr olarmı? Və bunun indiyə kimi günahı nədir ? Əvvəlcədən Təşəkkürlər
Cavab: 

Salam aleykum. Nikahın şəriət baxımından düzgün sayılması üçün qadının atasının (yoxsa, qardaşının və ya əmisinin) izni və iki şahidin buna şahidliyi olmalıdır. Dini nikahın kağız üzərində yazılması isə vacib deyil.

Övladını itirmiş valideynin mükafatı haqqında hədislər

    19.05.2020
Sual: 
Salam Aleykum, Menim bacim oglu 2 yawinda noyabr ayinda dunyasini deyiwdi. Bacim hec ozune gelmir cox agliyir.Dunyasinu deyiwmiw korpelere aid nese hedisler revayetler varmi? Belke bacim oxuyub rahatliq tapdi.Ve onun cox aglamaqa gunahmi?
Cavab: 

Aleykum salam. Övlad itkisi nə qədər ağır olsa da, Uca Allah bu itkiyə səbir edib mükafatını Ondan umana verdiyi mükafatı da bir o qədər böyükdür. Mömin insan bilməlidir ki, biz imtahan dünyasında yaşayırıq və bu dünyada imtahan olunmağımız qaçılmazdır.

Allaha asi olan və övladına zülm edən valideynə münasibət necə olmalıdır?

    15.05.2020
Sual: 
Əssələmu Aleykum Bir insanın Atası övladı islamda olduğu üçün ona zülm etməsi onunla düşmən kimi davranması və onu evdən çıxıb başqa yerdə yaşa deməsi nə dərəcədə doğrudur.Bu Allahın imtahanı ola bilərmi...Valideyin Allaha çox asi olan və evə daim haram gətirən birisi olduğda övlad yetkinliy yaşına çatdıqda evi tərk edib başqa yerdə yaşıya bilərmi...Valideyin Kafir olarsa və övladı Allaha asiliyə çağırarsa onda Ata ilə davranış necə olmalıdı .
Cavab: 

Aleykum salam. Sözsüz ki, bu sizin üçün bir imtahandır. Bilin ki, Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir.

Ananın övladına haqsız olaraq etdiyi bəd dualar qəbul olunurmu?

    12.05.2020
Sual: 
Mene anam awiri cox bed dua edir..muellimedi ozu hetta..meni hec sevmir..boyuk qizni sevir ele.evin kicik qiziyam deye.hem de niwanlim iwlemir deye ele hey deyir ki seni gorum hec uzun gulmesin.ozu Allaha itaet de edir pis-yaxwi.ama ele heu qargiw yagdirir kicik qizina(vallah gunahim olmur.20 yawim var ama yawadiqlarim 200du.cox pis nifret edirem ana deylen varliga.meni ele agladir ki.hec kese deye blmrem.hami meni gunahkar cxarir.eseb xestesidi bawa duwurem.ama men de uje nerviden esirem.eseblerime hakim dura bilmeyende daw divardan cxariram.ama bu ele doyur soyur...bilmirem ne edecem hec.ele
Cavab: 

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, əgər bəd dua haqsız yerə edilibsə, bu bəd dua Allah tərəfindən qəbul olunmur və buna görə narahatçılıq keçirməyin. Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil.

Pages