ailə

Qız və oğlanın kəbində iştirak etməsi vacibdirmi?

    12.05.2020
Sual: 
Salam aleykum və rəhmətullah bərəkətu mən 16 yaşıma keçəndə ailə həyatı qurdum Mənə dini kəbin kəsiləndə qaynanam gedib kəbini kəsdirdi nə yoldaşım getdi nə mən bizim dini kəbin doğru sayılmırmı
Cavab: 

Aleykum salam. Kəbin kəsdirərkən qız və oğlanın razılığından sonra əsas olan qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) izni və iki şahidin kəbində iştirakıdır. Qızın kəbində iştirak etməsi şərt deyil.

Atam bizi atmışdır, onu görəndə necə davranmalıyam?

    30.04.2020
Sual: 
Atam bizi atib men onu görende nece davranmaliyam ? xahiş edirem sualima tez cavab yazin nolar
Cavab: 

Əssələmu aleykum. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Çünki valideynlər övladın dünyaya gəlməsinə səbəb olmuşlar.

Kişini öz həyat yoldaşından uzaq durması üçün tövbə etdirmək düzgündürmü?

    29.04.2020
Sual: 
Salam bu insanin menimle kebini var lakin onun yaxinlari ona menden uzaq olmaqcun tovbe etdirieler bu duzdurmu
Cavab: 

Aleykum salam. Tövbə günah işlərdən edilir. Tövbə - günahı tərk edib peşman olmaq və Allahın yoluna qayıtmaqdır. Bir kişiyə kəbini olan bir qadından uzaq durması üçün tövbə etdirmək düzgün sayılmır. Əgər kişi ilə qadın arasında kəbin varsa, onlar artıq ər-arvad sayılırlar.

Evlənmək istədiyin qızı başıaçıq görmək olarmı?

    20.04.2020
Sual: 
salam, Xamneyi ağa müqellidiyəm sualim budur ki qızı evleneceyi adam basiaciq gore biler? Aralarinda kebn yoxdu amma evlilik niyyeti ile9 aydir ki munasibetleri var, xanim hicablidir,ikiside dindardir
Cavab: 

Aleykum salam. Evlənmək niyyətində olan kişi şahidlərin iştirakı ilə qadına hicabsız baxa bilər. Lakin bu, könüllü olduğuna görə qadın bunu etməkdən imtina edə bilər. Bu məsələdə kişinin evlənmək niyyətinin ciddi olmasına diqqət yetirmək lazımdır.

Atamın bizə qayğı göstərməməsi nə dərəcədə günahdır?

    17.04.2020
Sual: 
atam mene 4aydi baxmir anami meni qardaşimi atib men ne ede bilerem atam öz atasi ve qardaşinin sözü ile bize baxmir atam ve anam hele boşan miyib amma ayri yaşayirlar . atamin bize baxmamaai ne qeder gunahdi xahiş edirem mene cavab yazin
Cavab: 

Salam aleykum. Ümumiyyətlə yaxşı olar ki, ailədə baş verən problemlər ailənin daxilində həll olunsun.

Xanımımın xəbəri olmadan başqa biri ilə evlənməyim ona qarşı xəyanət etmək sayılırmı?

    17.04.2020
Sual: 
Salam Aleykum. Men hal hazirda oz xanimimla kebinliyem, bir xanim var, onunla elave kebin ve ya sige etmek isteyirem. Ikinci xanimla aramizda kesilen kebin ne derecede duzgundur? Birinci xanimin mutleq xeberi olmalidir kebinden? Qeyd edim ki, hal hazirda men evliyem...Ve 1ci xanimin xeberi olmadan bu kebini kesiremse bu xeyanet sayilir? Men tovbe etmiwem ki, oz xanimima xeyanet etmeyeceyem. Bes ikinci xanima kebin kesdirmeyim birinci xanima xeyanet sayilacaq ya yox?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimizdə siğə deyilən bir nikah növü yoxdur. Siğənin haramlığı barədə bu cavabı oxuyun: Nəyə görə siğə etmək olmaz?

Ailədə qadın kişidən yaşca böyük ola bilərmi?

    16.04.2020
Sual: 
Salam Aleykum.6 sualım olacaq,zehmet olmasa cavablandırardınız: 1)Əgər ailədə qadın kişidən yaşca böyük olarsa(və ya ay fərqi ilə),bu dinə görə düzgündürmü? 2)İslamda yetkinlik(Həddi buluq,Namaz qılmaq)yaşı neçədir? 3)psixoloji cəhətdən(nevroz) problemi olan insan çox qısa da olsa namaz qılmağa fasilə verə bilərmi? 4)mənəvi(ruhən) xəstəliyi(depresiya) olan insan namaz qılması vacibdirmi? 5)Dərs oxumaqla(gecə-gündüz fasiləsiz dərs oxumaq,az yemək yemək) özünə əziyyət vermək günahdırmı? 6)Uşaqlara Ən ağır günahlar da yazılmır? 7)"Hər bir insanın ömründə ən azı 1 səhvi olur" cüml
Cavab: 

Və aleykum Salam. 

Qohumumun haram məclisinə getməməyə görə ailə münasibətim pozulursa, nə etməliyəm?

    15.04.2020
Sual: 
Əssəlamu Əleykim.Mən haram toylara gedməyəcəyimə dair tövbə etmişəm.Bu yaxınlarda həyat yoldaşımın qardaşının toy mərasimi olacaq.O haram toya getməsəm ailə vəziyətimə görə narahatam.Sizcə nə etməliyəm
Cavab: 

Aleykum salam. İçki və musiqi olan məclislərdə iştirak etmək günahdır. Bu işdən tövbə etməkdə düz iş tutmusunuz. Uca Allahdan sizi əfv etməsini və bu dində sabit etməsini diləyirik! 

Kəbini necə geri oxudurlar?

    15.04.2020
Sual: 
Salam Aleykum.Kebini nece geri oxudurlar.Birde kiwi qadinla kebin kesdirmek isteyirse buna iwle bagli vaxti yoxdursa,kebini qadin kesdire biler?
Cavab: 

Aleykum salam. Dinimizə görə kəbini geri oxutmaq anlayışı yoxdur. Kəbinin pozulması, yəni boşanma ərin öz zövcəsinə "səni boşadım" və ya bu mənada olan sözlər deməsi ilə baş verir. Dinimizə görə kəbin yalnız ərin razılığı ilə pozula bilər.

Pages