ailə

Namazı valideynimdən gizlədərək necə qılım?

    03.12.2019
Sual: 
Salam mən namaz qılmaq istəyirəm ama ailəmdən gizli bilsələr qoymuyacaqlar namaz qılmaği bilmirəm mən necə öyrənə bilərəm sayitdaki qaydani izləyə bilmirem menə komək edin necə öyrənim?ətrafimda öyredəcək yoxdu birdə mən qilanda ailəmdən kimsə çağirsa ya qildğim otağa girsə ne edim?atamnın bilməsini hec istəmirəm qoymaz mən məsəlen namaz vaxti atam mənden is tələb etsə nə edim?mən onlara komək edirem ama namaz qilmaq istəyirem nə edim?birde men spermanın nə oldugunu secə bilmirəm sayitda oxudum ama anlamadim nə edim?heyz olanda hansi qüsul alnir kamil vacib?mende heyz gah olur gah aylarla olmu
Cavab: 
Və aleykum Salam. Namaz qılmaq üçün Namaz məqaləsini oxuyub öyrənə bilərsiniz.

Ailədə dava-dalaş salan ataya münasibət necə olmalıdır?

    21.11.2019
Sual: 
Əs Sələmu Aleykum va Rahmətullahi va Bərakətuhu. Mən bir dəfə atamı evdən qovmuşam və peşman olmuşam, tövbə etmişəm. Amma ikinci dəfə qovmamışam. Sadəcə demişəm ki başqa evdə qal, bizimlə qalma. Çünki sən anamla yola getmirsən. Hər dəfə sözləri uyğun gəlməyəndə anamı döyür, söyür və 5 uşağına qarşı çox hörmətsizlik edir və əsəblərini korlayır. Atamın getməyini istəməyim xoşluqla oldu. Danışırıq da, gəlib-gedir də amma yenə də narahatçılıq keçirirəm. Bilmək istəyirəm ki başqa nə edə bilərəm? 6 nəfər ibadət edir, atamsa yox. Xahiş edirəm cavablandırasınız. Allah elminizə bərəkət versin!
Cavab: 
Və aleykum Salam. Bacardığınız qədər valideynlərinizin arasını düzəldin, atanızın geri qayıtmasına şərait yaradın və onunla gözəl rəftar edin. Həmçinin oxuyun:

Ərindən boşanmadan ayrılmış qadın başqası ilə ailə qura bilərmi?

    21.11.2019
Sual: 
Salam.Men Aileli qadinam.Bir oglum var.(zakzli kebinli aileliyem)Amma 2ildi ki Ailemle ayriyiq.Yeni Ayrilmisiq.Qynanamla baldizim Yoldasima at dedi on da meni atdi.Sonra 1ay oglu ile maraqlandi sora maraqlanmadi.Bosanmaya atam icaze vermir.Yoldasimda basqa qadinla aile qurmasada birliydedi.Bu meni cox incidir.Mende heyatimda biri olsun isdeyirem.Bu gunahdirmi.Yeni heyatimda biri olsa gunah isdemis olarami.Qeyd edimki 2ildi Yoldasim bizle maraqlanmir ne maddi ne menevi hec bir xeyiri yoxdu.Ancaq pozqun bir qadina ilisib onunla heyatini yasayir.Mende ozume heyaat qurmaq isdeyirem.
Cavab: 
Va aleykum Salam. Əriniz sizdən ayrı yaşasa da, əgər sizi boşamayıbsa, siz hələ də onun kəbinli arvadı sayılırsınız. Şəriətə görə qadın ərindən boşanmamış və iddə (gözləmə) müddəti bitməmiş başqa kişiyə ərə gedə bilməz və ya münasibət qura bilməz, çünki bu münasibət zina sayılır.

Ərin arvadına zülm etməsi onun üçün imtahan ola bilərmi?

    20.11.2019
Sual: 
Salam.Erin arvadina zulum etmesi dince necedir. Evde ananin bu zulumlere aci sozlere ovladlari ucun dozmesine sebir etmesine Allah mukafat verecekmi bu sizce Allahdan sinaq ola bilermi? dozulmelidirmi ya yox?
Cavab: 

Va aleykum salam. Dinimiz kişilərə həyat yoldaşları ilə gözəl davranmağı və onlara qarşı haqsızlıq etməməyi buyurur. Uca Allah buyurur: "Onlarla (qadınlarla) xoş rəftar edin" (ən-Nisa, 19).

Kişinin ifrat dərəcədə olan qısqanclığı günahdırmı?

    18.11.2019
Sual: 
Salam Kişi üçün ifrat derecede(günah qazanılacaq qeder) qisqancliq nedir.kişi yoldaşinin geyiminin xirdaliqlarina renglerine qarişirsa bu gunahdirmi?
Cavab: 

Va aleykum salam. Qısqanclıq Uca Allahın insanın təbiətində yaratdığı bir hissdir. Hər bir məsələdə olduğu kimi qısqanclıqda da həddi aşmaq olmaz. Kişinin öz zövcəsinin geyimi ilə maraqlanması və onun şəriətə uyğun geyinməsini tələb etməsi normaldır.

Nə edim ki, yoldaşım mənimlə maraqlansın, məni çox istəsin?

    18.11.2019
Sual: 
Salam men 1 ay olar ayle həyatı qurmuşam, özümde telebeyem yoldaşmdan ayrı qallam nişanlı vaxtı çox yaxşı idi ayle həyatı qurduq söz söhbət olur qorxuram cadu ede bilerler? Gün erzine mene zg edip yazmır maraqlanmır menle men ne edimki yoldaşm meni çox istesin menle maraqlansn
Cavab: 

Va aleykum salam. Bu sualların cavablarını oxuyun:

Ərim mənimlə maraqlanmır, nə edim?

Ana, üç bacı və bir qardaşa qalan miras necə bölünür?

    14.11.2019
Sual: 
Salam aleykum.sualım beledir.3 bacı ve bir qardaşa ata mirasından ne qederi qızlara düşür?onu da deyim valideynler oglanla bir yerde qalacaq.
Cavab: 

Va aleykum salam. Miras bölgüsü insan öldükdən sonra olur. Əgər ata öldükdən sonra varislərindən arvadı, üç qızı və oğlu qalarsa, ölənin övladları olduğuna görə anaya mirasın səkkizdə biri düşür.

Boşandıqdan sonra uşağı atadan ayıran qadının hökmü nədir?

    05.11.2019
Sual: 
Qadinl kishi ayrılarkən..qadın uşağı ataya verməyəcəyinə təhdid edir. Uşağı atadan ayiranin hökmü nədir?
Cavab: 

Əssələmu aleykum. Şəriətə görə boşandıqdan sonra uşaqlar ananın himayəsində qalmağa daha haqlıdır və ata yalnız ananın razılığı ilə uşaqları ondan ala bilər. Lakin əgər qadın boşandıqdan sonra ərə gedərsə, bu halda uşaqlar atanın himayəsinə keçməlidir.

Pages