ailə

Qız ərə gedərkən gələcək həyat yoldaşına keçmişdə etdiyi günahları danışmalıdırmı?

    15.04.2020
Sual: 
Salamaleykum. Bir qız evlendiyi zaman evleneceyi adama keçmişdeki tövbe etdiyi günahlarından danışmalıdırmı?
Cavab: 

Və aleykum salam. Günah etdikdən sonra tövbə edən şəxs, etdiyi günahları gizlətməlidir və etdiyi günahı kiməsə danışması icazəli deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa.

Boşanmaq günahdırmı?

    01.04.2020
Sual: 
Salam boşanmaq günahdımı
Cavab: 

Aleykum salam. Uca Allah boşanmanı bir-biri ilə yola getməyən, birlikdə yaşamaları mümkün olmayan və bir yerdə qalmaları daha böyük fəsada səbəb olan cütlüklər üçün çıxış yolu olaraq təyin etmişdir. Dinimiz boşanma ixtiyarını ərə vermişdir.

Ərimlə yola getmirik, nə edə bilərəm?

    21.03.2020
Sual: 
Salam. Cooox xahiw edirem cavab yazin. Cox elacsizam Men iki ildi artiq yoldawimi taniyiram. Niwanliliq. 1 ildi de evlilik. Artiq uwaq da var. Tanidigimiz gunden her gun dava. Sozumuz bir- birimizin bogazindan kecmir. Artiq son heddeyik. Amma ailesinin mudaxilesiyle ayrilmamiwiq. Ne eduremse, ne daniwiramsa onda bir pislik axtarir. Butun gunu de dualar, sureler oxuyuram amma tesir etmir. Men ne ede bilerem?? Cadu olunduguna inaniram.
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, bu sizin üçün bir imtahandır. Sizə səbir etməyi və ailənizi qorumağı tövsiyə edirik. Həmçinin ərinizin islah olunması üçün Allaha dua etməkdə davam edin. Çünki qəlblər Uca Allahın əlindədir.

Dövlət nikahının pozulması şəriətə görə boşanma sayılırmı?

    12.03.2020
Sual: 
Şiyə etiqadına görə kişi zaksla qadinin boşanmasına razıdırsa ve boşanma baş tutuduğdan sonra qızın atası kebin kağızının əqdini mollaya geri oxutdurursa yeni kəbindən boşamani kişidən soruşmadan edirse ,kebin boşanmasi baş tuturmu ?
Cavab: 
Əssələmu aleykum. Əgər kişi arvadını boşadığını bildirməyibsə, nikahın sadəcə dövlət tərəfindən pozulması heç də şəriətə görə boşanma sayılmır. Boşanma yalnız kişinin həyat yoldaşına "səni boşadım" və ya bu mənanı ifadə edən sözlər deməsi ilə baş verir.

Ərim namaz qılmırsa, onunla yaşamağım doğrudurmu?

    12.03.2020
Sual: 
Esselemu aleykum,mene meslehet verin,menim heyat yoldasim namaz qilmir,başa salsamda vecine deyil.Men çox seyxlere qulaq asıram,islamda güclü alimlerin fitvalarini getirirle,bezi deyiler qilmayan kafir,bele erle yaşamaq haram...nigah sayılmır, bezisi icaze verir.Bu fikir meni çox narah edir.Nigah olduqunu bilmirem,çünki demişdi"mollaya deyecem kesecek"valideynlerimin xeberleri olmib.usaqlara terbiyye vermir.İslamda övladları nece boyude bilerem ki?
Cavab: 
Va aleykumussələm. Əvvəla Uca Allahdan sizə dində sabit qalmağı diləyirik. Uca Allah ərinizə hidayət versin və onun qəlbini namaz qılması üçün genişlətsin.

Kişi öz həyat yoldaşı ilə istənilən vəziyyətdə cinsi əlaqədə ola bilərmi?

    12.03.2020
Sual: 
kisi oz heyat yoldasi ile istenilen pozada dedikde yalniz arxadan (anal) olmamaq setti ile ola bilermi?
Cavab: 

Əssələmu aleykum. Kişi öz həyat yoldaşı ilə analdan olmamaq şərti ilə buyurulan yerdən istədiyi vəziyyətdə cinsi əlaqədə ola bilər. Uca Allah buyurur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın" (əl-Bəqərə, 223).

Ərim mənə zülm edir, nə edə bilərəm?

    24.02.2020
Sual: 
Salam heyat yoĺdaşım mene zülm edir özüde namaz ehlidir hamıya öyüd nesihet verir ama mene Allahda bilirki haqsızlıq edir döyür söyür haqqıma girir 3 evladım var valideynkerim rehmete gedib Allaha and olsunki aile kimi ona ç7x gözel aile olmuşam hamı bilir bu insanı razı salmaq mümkün deyil men bele melek cildinde şeytan görmemişem dözülmez veziyyetdeyem Allah bilir ne edim xaiş edirem cavablandırın
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, ərinizin sizə qarşı belə davranışı İslama ziddir. Mömin insan ilk növbədə ailəsi ilə gözəl rəftar etməlidir. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin.

Yaxın dostu zarafat məqsədilə pis ləqəblərlə çağırmaq olarmı?

    09.02.2020
Sual: 
Salam əleykum.Mən 13 ildi namaz qılan, oruc tutan, quran oxuyan mömin insanam. Sizə 2 sualım var. 1) Musiqi haramdırsa, qadının öz kişisi ilə rəqs etməsi niyə haram deyil ki? Axı bu da musiqi ilə bağlı bir şeydir. 2)Mənim çox yaxın və əziz dostum var. 12 ildi ki onnan dostluq edirəm. Həmişə onunla çoxlu zarafatlar edirəm, o da mənlə edir. Lap çox da bir birimizə səfeh, zırrama, bambılı, düşük, ağıldan kəm, ağılsız və s. kimi sözlər deyib zarafatlaşırıq. Belə olan halda mən günah qazanıram? Allah sizdən razı olsun. Allah köməyiniz olsun.
Cavab: 

Salam aleykum.

Anamın başqa biri ilə münasibətdə olduğunu zənn edirəm, nə edim?

    09.02.2020
Sual: 
Salam Aleykum! Allah məni bağışlasın amma dini savadım imkan vermir ki ozum düzgün addim atim.Men anamın hansısa bir kişi ile günah münasibətindən şübhə edirəm.Atam 10 ildir rehmete gedib. Daha evvel anamin bir kişi ile munasibeti olduğunu,hetta atam sağ olarken ona xeyanet etdiyini aşkar edib hemin adami möhkəm cezalandirmisam. O gunden bu yana iller keçib ancaq her hadisede anama şübhə edirəm. Indi bir hadise olub ve dusunuremki anam yene kiminlese munasibetdedir. Anadir,basqa anam yoxdur amma ne edeceyimi bilmirəm. Cezalandira bilmirem, artig iyrenirem.
Cavab: 
Va aleykum salam. Hər şeydən əvvəl bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Sadəcə zənn ilə və ya yəqin bilmədiyiniz bir şeyə əsasən belə qənaətə gəlməyiniz şəriətə uyğun deyil.

Pages