ailə

Ailə qurmaq niyyətində olan qız və oğlan kəbin olmadan biri-biriləri ilə görüşə bilərlərmi?

    31.08.2020
Sual: 
Salam Aleykum. Menim 17 yawim var ve menim sevgilim var. Onunla evlenmeyi duwunurem ailelerimizinde xeberi var. Ama biz tehsil aldigimiz ucun evlemeyimiz bir az vaxtdan sonra olacaq. Menimle sevgilimin goruwmesi ve daniwmagimiz haramdirmi? Bezi yerlerde haram yazilib bur sual cavablarin icinde olar deye oxudum sehv elemiremse. Diqqetiniz ucun indiden tewekkurler.
Cavab: 

Və aleykum Salam. Şəriətin buyurduğu qaydada kəbin olmadan kişi ilə qadının ünsiyyət qurması, təklikdə qalması və bir-birinə toxunması haramdır. Bu cavabları oxuyun:
Sevgililərin kəbinsiz görüşməsi günahdırmı?

Uşağa Allahyar adını qoymaq olarmı?

    31.08.2020
Sual: 
Allahyar adı islamda şirk sayılırmı?peyğəmbərlər istisna olmaqla bəşər övladı allahın yarı ola bilərmi?uşaqlara allahyar adı verməklə valideynlər allaha şərik qoşmuş olurlarmı?
Cavab: 

Salam aleykum. Allahyar sözünün mənası "Allahın sevimlisi" deməkdir. Bu adın uşağa qoyulması şübhəlidir. Dinimiz şübhəli məsələlərdən çəkinməyi buyurmuşdur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Həqiqətən halal da bəllidir, haram da.

Övladı üçün əqiq kəsməyən valideyn günah qazanırmı?

    29.08.2020
Sual: 
Salam aleykum menim 3 yaşinda oglum helede imkan olmadigi üçün eqiq qurbanini kesmemişk bize günah yazilirmi? ve eyer oglum 10 ve ya 15 yaşinda olsa belə eqiq qurban kesmek olarmi ne vaxtsa imkan oldugda Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Yeni doğulan uşaq üçün yeddinci günü əqiq qurbanı kəsmək vacib deyil, təkid olunmuş sünnədir. "Təkid olunmuş sünnə" Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) əmr etdiyi, lakin vacib dərəcəsinə çatmayan və edənin böyük savab qazanacağı əməllərdir.

Şəriət nikahı bağlandıqdan sonra toy olmamış qızla oğlanın qucaqlaşması icazəlidirmi?

    29.08.2020
Sual: 
Molla nigahindayken opusmey qucaqlasmaq cinsi elaqe gunahmidir
Cavab: 

Salam aleykum. Yəqin ki "molla nikahı" dedikdə şəriət kəbini nəzərdə tutursunuz. Şəriət nikahı bağlanmamışdan əvvəl qızın oğlanla təklikdə qalması, biri-birilrinə toxunmaları haramdır və bu, günah sayılır.

Bakirə olmayan qadınla ailəsindən xəbərsiz nikah bağlamaq olarmı?

    27.08.2020
Sual: 
Qadin evli olmuyup ama qiz uwagda deyil bu haldan hec kimim xeberi yoxdu qadinin 35 yawi var hemen qadinla kebin baglamag olar hec kimin xeberi olmasin ancag qadin birde bey
Cavab: 

Salam aleykum. Qadının bakirə olub-olmamasından asılı olmayaraq vəlisinin (ata, qardaş, baba, əmi və s.) xəbəri olmadan kəsilən kəbin batildir. Belə ki, kəbinin düzgün sayılması üçün qadın tərəfdən vəli, iki şahid və kişi iştirak etməlidir.

Boşanmış qadının iddə müddəti nə vaxtdan hesablanır?

    27.08.2020
Sual: 
Salam,eger kisi seferde olub iki ay yoldawi ile yaxinliqi olmuyub sora seferde ola ola talaq verse idde muddeti bir ay saxlamaq lazimdi yoxsa ancaq talaq verilennen sora saymaq lazimdi
Cavab: 

Və aleykum Salam. Qadının iddə müddəti (gözləmə müddəti) kişi talaq verəndən sonra hesablanır. 1-ci və 2-ci talaqlarda iddə müddəti ərzində qadın hələ boşanmış sayılmır və ərinin evində qalaraq onun zövcəsi sayılır. İddə müddəti bitdikdən sonra boşanmış sayılır. Daha ətraflı:

Kəbinin geri oxudulması necə olur?

    26.08.2020
Sual: 
Salam..Men erime o qeder wans verdim ki Allah ucun ama o insan duzelmedi..gedirdi bakiya uc aydan bir kefi istiyende gelirdi..erize verib erimden bowaniram axirinci mehkeme olacaq..Mene bezi insanlar deyirlerki kebini geri oxutdurmalisan bu dogrudurmu? Dinde bele bir wey varmi?
Cavab: 

Və aleykum Salam. Dinimizdə kəbinin geri oxudulması deyilən bir anlayış yoxdur. Daha ətraflı: Boşandıqda mollanın yanına gedib talaq duası oxutdurmaq lazımdırmı?

Ərim namaz qılmağıma narazıdır, bu halda nə etməliyəm?

    26.08.2020
Sual: 
əssəlamuneleykum.mən namaza yeni başlamışam və sevərəkdən namaz qılıran ama yoldaşım bunun üçün söz söhbət yaradır küsür soyuq davranır.onun üçün namazımı byraxnaq istəmirəm ama yolsaşımıda elə görmək istəmirəm sizcə nə etməliyəm?
Cavab: 

Və aleykum Salam. Uca Allahdan sizi bu yolda sabit etməsini və ərinizə də hidayət verməsini diləyirik. Allaha asilik olmayan işlərdə qadının öz ərinə itaət etməsi vacibdir. Lakin ərin də öz yoldaşının namaz qılmasına mane olması böyük günahdır. Bu məsələdə qadın öz ərinə itaət etməməlidir.

Pages