ailə

Kəbinsiz dünyaya gələn uşaqlar heç vaxt cənnətə düşməyəcəkmi?

    13.02.2017
Sual: 
Salam . Men bir yerdr ewiddim ki . Kebinsiz qurulan aile yeni (molla kebini) olmadan qurulan ailenin uwaqlari hec vaxd cennete duwe bilmez. Kebinsiz qurulan aile zina saylir????? Bizim ailede atam anam arasnda kebin yoxdur . Men buna gore cox narahatam . Biz indi uwaqlar seytan balalrii sayliriq????? . Buna gore ailemi mecbur edrem ki kebin kessinler. Indi kesseler gec olmaz ki ?aebul olunar?? 18 il kecib usdunden .
Cavab: 
Və aleykum Salam. "Kəbinsiz doğulan uşaqlar Cənnətə düşməyəcək" fikri yalnışdır. Hər kəs öz əməllərinə görə sorğu-sual olunacaq. Uca Allah buyurur: "De: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?" Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir.

Nişanlılar kəbin kəsildikdən sonra əlaqəyə girə bilərlərmi?

    02.02.2017
Sual: 
Nisanlıiken ele ele tutusmaq ve basqa elaqeye girmek gunahdi bilirem Ama kebin kesildikden sonrada gunah sayilirmi? nisanlıiken yasananlar
Cavab: 

Və aleykum Salam. Nişanlı olduğunuz dönəmdə aranızda kəbin varsa, ümumən görüşmək, söhbətləşmək olar. Lakin, nişanlı olmaq hələ evli olmaq demək deyil. Toyu olmağa az qalmış nişanları qayıdan bir çox oğlan və qız var.

Ərim abort etdirməyə məcbur edibsə, mənə günah yazılırmı?

    02.02.2017
Sual: 
Salam eger er usaq isdemirse ve ailede mecbur edirse abort etdirmeye ve qadin mecbur qalib abort etdirirse bunun hokmu nedir ancaq isdemirdiki etdirsin mecbur edirler
Cavab: 
Və aleykum Salam. Bu məsələdə çalışın onunla razılaşmayasınız, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz".

Atanın qızı istəmədiyi oğlana verməyə ixtiyarı varmı?

    02.02.2017
Sual: 
Salam aleykum ALLAH sizdən razı olsun.sualım belədir Ata qızın istəmədiyi razı olmadığı birinə məcburi nişanlaması gunahdırmı?və qız nişanlanıb ama üzük yoxdur o ağlayaraq həmişə dua edir ki,ALLAHım bəxtimi yazdiğin yerdən sil coox dua edir bununcun hetta yasin goturub qiz ne etsin ki ALLAH onun sesini tez eşitsin bu ucun dua varmi yazardiniz ve sizce bu nişan silinecekmi cunki qiz ağlayaraq Azan vaxti yağiş yağarken dua edir xahiş edirem tez cavablandirin cunki vaxta 3 gun qalib cox saqolun.
Cavab: 
Və aleykum Salam. Evlilikdə qadının razılığı vacib şərtdir və onu məcburən ərə vermək qadağandır. Daha ətraflı:
Nikah bağlamağın qaydaları 

Ərim dünyasını dəyişib, ölsəm o dünyada qovuşacağıq?

    31.01.2017
Sual: 
Salam. Yoldasim teze dunyasini deyisib doze bilmirem ayriliga. Bilmek isdeyirwm olsem o dunyada qovusarig? Gorerem onu? Indiden sagolun
Cavab: 
Və aleykum Salam. Allah yoldaşınıza rəhm edib günahlarını bağışlasın, sizə isə səbr versin! Siz əsl müsəlman kimi həyat sürün və böyük günahlardan uzaq durun, çünki mömin olanlar həm qəbir aləmində, həm Qiyamət günü, həm də Cənnətdə bir-birlərini görəcəklər. Bu cavabları oxuyun:

Qadının ev işlərində tənbəllik etməsi günahdırmı?

    29.01.2017
Sual: 
salam.qadin ev islerine tenbellik edirse by gunah sayilirmi
Cavab: 
Və aleykum Salam. Qadının əri üzərində haqları olduğu kimi, ərinin qarşısında yerinə yetirməli olduğu vəzifələri də var. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız.

Telefonda mesaj vasitəsilə talaq vermək olarmı?

    27.01.2017
Sual: 
Salam.yaxin bir ailə savasiblar.oglan şeher kenarindadir.mesajla xanimina AZADSAN yazib.qadin zeng edib sorusubki biz bosanmis sayilmiriq sen bir defe yazdin şansımız var. Oglan ise qarşılığında mən oxudum dəfələrcə bitirdim demiş. Xirdaliqla yazdim çünki sualim odurki.1) qadının özünə deyilmədən dəfələrcə filankəsi bosadim deyilirsə bosanmis sayilirmi??? 2) eger bosanilibsa heçmi birləşmələri mümkün deyil? Öncədən təşəkkürlər! ☺
Cavab: 

Və aleykum salam. İstər telefonla zəng edərək və ya mesaj yazaraq, istərsə də e-mail vasitəsilə məktub göndərərək boşanma və yaxud da boşanmanı qəsd edən ifadələrlə talaq verərsə, bu, boşanma sayılır.

Valideynin övladını təhqir etməsi və onu evləndirməməsi düzgündürmü?

    27.01.2017
Sual: 
Bir ovladin her kesin icinde onu teqqir eden soyen valideynine cavab qaytarmaqi yanliwdirmi?ovladina deriden qabiqdan cixib ama ozune pul yiqib toy elemesini teleb eden valideyn ne derecede duzgundur?bu validyn vezifesine zidd deil?ve ovladlar arasunda aciq awkar ayri seckilik.ne derecede duzgundur
Cavab: 
Salam aleykum. Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanın müsəlmanı təhqir etməsini qadağan etmişdir. (Muslim, 4/1986).

Sevdiyim qıza öz sevgimi bildirməliyəmmi?

    27.01.2017
Sual: 
Salam aleykum qardaş.Sualim beledi:Sevdiyim qiza onu sevdiyimi demeyim gunah olur? Bele bir hedis eşittim: Peyğemberimiz s.a.v demişdir: Eger siz bir insani sevirsinizse ona bildirin.Allah s.t.sizi xeyirle mukafatlandirsin
Cavab: 
Və aleykum Salam. Ümumən sevdiyiniz qıza sırf onunla evlənmək niyyətilə öz sevginizi bildirə bilərsiniz. Ancaq hədislərdə qeyd olunan sevgi, sizin qəsd etdiyiniz sevgidən deyil. Bu sevgi sırf Allah xatirinə olan sevgidir.

Pages