böyük günahlar

Başqa dində olanın İslamı qəbul etməsi və ya müsəlmanın dinini dəyişməsi günahdırmı?

    10.09.2019
Sual: 
Salam Aleykum.hər hansısa dinə mənsub olan adam (məs:xristian,yəhudi) dinini dəyişib islam olaraq qəbul etsə günah sayılırmı? Və ya tam əksi yəni müsəlman olub , dinini dəyişib xristian dinini qəbul etsə günah sayılırmı?
Cavab: 

Va aleykum salam. İslam dini Uca Allahın Qiyamət günü insanlardan qəbul edəcəyi yeganə dindir. Bu səbəbdən İslamdan qeyri dinlərə mənsub olanlar İslam dininə tabe olmalıdırlar. Müsəlmana isə İslamdan başqa dinə keçməsi qadağandır.

Kobud sözün və söyüşün zarafatı olurmu?

    06.09.2019
Sual: 
Salam Əleykum. Dost öz dostlarına zarafatla dəli, gic, qoyun, axmaq və.s. kimi pis (yəni kobud) sözlər deyir. Yəni ümumiyyətlə dostlarına zarfatla tərbiyəsiz söyüşlər söyür. Yəni onlarla zarafatı varsa və bunu onlar ciddi yox zarafat kimi qəbul edirlərsə həmin dost onların haqqına girmiş sayılmır ki? Ümumiyyətlə kobud (pis) sözün və söyüşün zarafatı olurmu? Xahiş edirəm zəhmət olmasa gecikmədən sualıma tez cavab verərdiz .

Tövbə edənin bütün günahları bağışlanır?

    03.09.2019
Sual: 
Tovbe edenin butun gunahlari bagislanir? Yeni ele bir gunah varmi ki Allah onu tovbe edilse bele bagislamayacaq axiretde?
Cavab: 
Salam aleykum. Adəm oğlunun etmiş olduğu elə bir günahı yoxdur ki, tövbə ilə bağışlanmasın. Günahın böyüklüyündən asılı olmayaraq tövbə edənin günahı bağışlanır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!

Deyirlər ki, musiqi insanda hal oyatmırsa, ona qulaq asmaq olar. Burada hal oyatmaq nə deməkdir?

    03.09.2019
Sual: 
Salam mən eşitmişəm ki mahnı səndə hal oyatmırsa qulaq asmaq olar. Burada hal oyatmaq nə deməkdir. İndidən təşəkkürlər
Cavab: 

Va aleykum salam. Şəriətə görə belə bir anlayış yoxdur. Bu sualların cavablarını oxuyun:

Namaz qılan şəxs musiqiyə qulaq asaraq onun sədaları altında rəqs edə bilərmi?

Baxıcıya getmək olarmı?

    28.08.2019
Sual: 
Salam menim qaynanamla problemim var. Yoldasimla aramiza girir bizi ayirmaq isteyir.yalan yalnis yoldasimi doldurub soz sohbetler yaradim.artiq bowanma heddine gelib cixmiwiq. Sulaim Bir nece nefer bize qaynananin dilini agzini baglamaq ucun baxiciya getmeyi meslehet gordu. Men cox qorxuram bunun gunahindan.Ama ailem dagilmasin diyede bir terefden isteyirem.Bir ailenin dagilmamasi ucun bunu etsem gunahi ne qeder olar?
Cavab: 

Va aleykum salam. Baxıcıya getmək böyük günahlardan sayılır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar.

Əxlaqsız şəkillərə baxdıqda namaz qəbul olunurmu?

    17.08.2019
Sual: 
Salam Aleykum. Eger bir muselman tövbe edib yeniden exlaqsiz sekil ve ya videolara baxarsa qıldığı namaz ve etdiyi dualar qebul olar?
Cavab: 

Va aleykum salam. Əxlaqsız şəkillərə və videolara baxmaq günahdır. Bu cür günahlara səhlənkar yanaşaraq davamlı şəkildə etməyin günahı daha böyükdür. Bu günahdan yenə tövbə edib Allahdan bağışlanma diləyin!

Bir qadına, onunla evlənəcəyinə dair söz verdikdən sonra ondan dönmək olarmı?

    16.08.2019
Sual: 
Salam.bir müselman qadına evlenecem deyib,ümid verib,onun bu mövzuda tam güvenini qazanib sora yarı yolda qoymaq olarmi?eger buna tutarli sebeb varsa?bir de buna göre hallaliq almaq lazimdirmi??
Cavab: 
Və aleykum Salam. Əvvəla qeyd edək ki, İslamda sevgi yalnız evlilik niyyətilə olmalıdır. Arada nikah, evlilik niyyəti olmadan naməhrəmlərin sevgi adı ilə bir-biriləri əlaqə saxlaması günahdır və bu cür sevgi əlaqələrinə tövbə edilərək son qoyulmalıdır.

Pages