Günahsız insan yoxdursa, belə çıxır ki, hər kəs Cəhənnəmdə yanacaq?
Sual:
“İnsanların hamısı mütləq cəhənnəm odunda yanacaqmı?” Salam əleykum. Bu saytı açdığıvıza görə təşəkkür edirəm. Quranda yazır ki günahsız insan yoxdu. Əgər günahsız insan yoxdusa onda belə çıxır ki hamı mütləq cəhənnəmdə yanacaqmı? Tövbə edənlər də belə tövbə etməklərinə baxmayaraq onlar da mütləq cəhənnəmdə günahlarına görə cəzalarını çəkəcəklərmi? Xahiş edirəm sualıma cavab verəsiz.
Cavab:
Salam aleykum. Quran ayələrinə və səhih hədislərə görə kafirlər (Allahı inkar edənlər), müşriklər (Allaha şərik qoşanlar) və münafiqlərdən (özünü müsəlman kimi göstərib, əslində iman gətirməyənlər) başqa Cəhənnəmdə heç bir günahkar bəndə əbədi qalmayacaq.