böyük günahlar

Cadu olunmuş insan uzaqdadırsa, onu necə müalicə etmək olar?

    01.04.2018
Sual: 
salam erime cadu olunub onu oolmadan nece temizdeye bilerem ozu menden uzaqdadi ozume nece qaytara bilerem
Cavab: 
Va aleykum Salam. Cadu olunmuş insan uzaqdadırsa, onun üçün Allaha dua etməklə yardım edə bilərsiniz. Həmçinin, həmin adam burada yazılanlara əməl etməklə özünü müalicə edə bilər. Bu cavabları oxuyun:

Tövbə edərək and içən andını pozarsa, günah qazanırmı?

    26.03.2018
Sual: 
Saıam Alekum . Siqarete tövbe edib (yeni Allaha and icib Allah haqqı çəkmiyəcəm deyib ) yeniden cekmey günahdırmı. Halbuki o şexs özünü saxlıya bilmir
Cavab: 
Va aleykum Salam. Andını pozan günah qazanır və buna görə and kəffarəsi verməlidir. Günaha qayıtdıqda isə yenidən tövbə edin və şəriətdə buyurulan qaydada günahdan çəkinməyə çalışın. Həmçinin, tövbə etmək istədikdə and içməyin və özünüzü buna alışdırmayın. Daha ətraflı:

Başqasından mayanlanma yolu ilə uşaq dünyaya gətirmək olarmı?

    25.03.2018
Sual: 
salam uwaglari olmayan bir aile erinden uwaq olmayan qadin bawqa bir kiwile (erinin raziligile) ovlad dunyaya getirmesi ne derecede gunahdir
Cavab: 
Va aleykum Salam. Uşağı olmayan qadının ərinin razılığı olsa belə başqa kişidən dünyaya uşaq gətirməsi zina etmək sayılır. İslam şəriəti süni mayalanma yolu ilə qadının başqasının spermasından mayalanmasını qadağan edir və buna da zina hökmü verir.

Həyat yoldaşımı namaza necə dəvət edim?

    24.03.2018
Sual: 
Salam cox xahis edrem mene komek edin yoldasim dinden uzaq insandi cahildi men hec cur onunla din ve namaz barede sohbet ede bilmirem basa sala bilmirem calisiram ki oda namaz qilsin ama inami ve imani çox zeifdi mene meslehet verin her namazda allaha dua edrem yoldasimcun oda birgun menimle beraber namaz qilar allaha ibadet eder evvelceden teşekkur edriem inşeallah menim bu narahatçiligima bir çare taparsiz cox sagolun
Cavab: 
Va aleykum Salam. Bir insanı doğru yola dəvət etmək bəzən uzun bir müddət tələb edə bilər. Ona görə də ruhdan düşməyin, elminizi artırın, hikmət və səbirlə vaxtaşırı dəvət edin.

Buxur yandırılanda şeytanlar qaçırmı?

    22.03.2018
Sual: 
SALAM Aleykum. 1. Eshitdiyime gore buxur yandirilan evden, cin sheytan qachir.ve dini shie dukaninda demishdiler eger bu meqsedle yandiracaqsinizsa gunahdir. Ne derecede dogrudur bu meqsedle evde buxur yandirmaq? 2.eger bir insan namazi terk edib 1 ilden sonra yeniden qayidibsa. 1 illik qezalari qilsa, namazi terk etmemiw kimi sayilar ya yox? 3.komediya aktyorlari, gunah qazanirmi? Axi tamawaya baxanda bilirikki bu heqiqet deyil.
Cavab: 
Va aleykum Salam.

Bilə-bilə günah edib tövbə edəni Allah bağışlayırmı?

    20.03.2018
Sual: 
salam bir insan bile-bile bir gunah edir(yani elediyi emelini gunah olduqunu bilir) ve sonradan tovbe edirse onda ALLAH onu baqislayarmi? ve birde bu gunahi edenden sonra nece tovbe etmelidir(nece pesman olmalidir ve.s)
Cavab: 
Və aleykum Salam. Bilə-bilə etmiş olsa belə, insan hər bir halda Allahdan bağışlanma diləyib tövbə etməlidir. Uca Allah buyurur: "Həqiqətən, Allah tövbələri qəbul edəndir". (ən-Nəsr, 3).

Dayəyə verilən pul haram yolla qazanılırsa, bu, dayə üçün də haram sayılırmı?

    12.03.2018
Sual: 
Salam. Bir sual vermek isterdim eger bir insan daye isteyib pul qazanir ve halalal pulunu qazanor ona bu pulu verem haramla pul qazanirsa onun gunahinin dayeye dexli yoxdu?
Cavab: 

Və aleykum Salam. Dayəyə zəhmət haqqı olaraq verənin qazancı haramla qazanılsa da, dayənin öz halal işinə görə ondan aldığı əmək haqqı halal sayılır. Haramla qazanan insan özünə günah qazanır.

Yaxşı əməli edib sevindiyimə görə onu ərimə danışa bilərəm?

    12.03.2018
Sual: 
Salam Aleykum.Sizə suallarım olacaq Allahın izniylə.Hicablı qadın qaşını ala bilərmi.əyər kimsə birini aldadıb ondan pul alərsa bu o adamın anası belə olsa onun aldadıldığını ona bildirmək lazımdır?Mən yaxşılıq etməyi kömək etməyi çox sevirəm və edirəmdə.Amma edəndən sonra sevinirəm və fikirləşirəmki mən yaxşı iş gördüm.bunu yoldaşımlada paylaşıram mən.mənim elədiklərim nə dərəcədə düz və yaxud səfdir.öncədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab: 
Va aleykum Salam.

Pages