böyük günahlar

Ərimin ailəsi ilə yaşamaq imanımı zəiflədir, nə edim?

    19.07.2018
Sual: 
Salam aleykum men evvel cahil olmusam mene ele oyredibler sieler kimi namaz qilmisam sonra min sukur ehli sunnet yolunu tanidim ve ehli sunnet henefi mezhebinde namaz qildim yoldasim ise sie namazi qilmaga davam etdi amma mene ibadetlerime hormet edir ve bele seyler bizim aramizda problem yaratmir sadece yoldasimin aileside problem yaradir onlarda sie namazi qilirlar etdikleri her sey bited seylerdi ve cahil insandilar dinden xeberleri yoxdu meni hz Eli (r.a) sevmemekle ittihan edirler hz Omer (r.a)haqqinda pis sozler danisirlar men onlara nece cavab verim qeyd edimki yoldasim hec vaxt onlara
Cavab: 
Va aleykum Salam. Ailə üzvləri bir-birilərini gözəl şəkildə şirkdən, bidətdən və digər günahlardan çəkindirməli və haqqa dəvət etməlidirlər. Bu onların bir-biriləri üzərində olan haqlarıdır. Həmçinin, imkan varsa, ərinizdən ayrıca evdə qalmağı da tələb edə bilərsiniz. Daha ətraflı:

Ərimi içki içməkdən necə çəkindirim?

    19.06.2018
Sual: 
Salam sizden sonsuz derecede xahiş edrem mumkunse mene komek edin menim yoldaşim içkiye meyilli insandi men nece edimki onu ickiden omurluk diksindirim.ickisine nese atmaq ucun derman ve yaxud quranla mualice etmek mumkunmu? çox çaresizen mene komek edin allah xatirine derdimi kimese danisa bilmirem umudum yalniz sizedi allah sizden razi olsun
Cavab: 
Va aleykum Salam. Dini öyrənin, ibadətləri çoxaldın, evdə Quran oxuyun, dinləyin və digər əməllərlə evinizdə İslami abu-hava yaradın.

"Microblading" və "permament" üsulu ilə qaşları aldırmaq olarmı?

    26.05.2018
Sual: 
Salam. Hal hazirda microblading ve permament debdedir bunu bilirsiz. Men bilmey istiyirem namaz qilan xanim buni qawina eletdirse olar? Men esitdim namaz qilan xanim bu ikisinnen hec birin ede bilmez. Zehmet olmasa melumat vererdiz. Onceden cox sag olun.
Cavab: 

Va aleykum Salam. Qeyd etdiyiniz üsullarda qaş tükləri qırxılaraq yerinə daimi və ya müvəqqəti döymə (tatuaj) çəkilir. Ümumən qaşa hər hansı dəyişiklik etmək qadağandır. Bədənin digər yerlərinə döymə vurmaq da qadağandır, yalnız xına və silinə bilən tatuajlar istisnadır.

İçki içərək yatan insanı yuxuda boğurlarsa, nə etsin?

    15.05.2018
Sual: 
Salam .menim emim arvadı var .içki içir hemde dini kitablar oxuyur ,dualar oyrenir bele amma namaz qilmir. Bu içki icen vaxt yatdigi yerde biri gelib onu boğur, yuxusuna qorxulu canavar kimi seyler onu yeyir bele .bu neden olur? Zehmet olmasa sualı cavablandirarsiz
Cavab: 
Va aleykum Salam. Namaz qılmayan, içki içən və digər günahları edən insanlar şeytanların hücumu qarşısında aciz qalır. Həmin insana evdə tezliklə namaz qılmağı, haramlardan çəkinməyi, evdə Quran səsləndirməyi və yatmazdan qabaq zikrləri oxumağı nəsihət edin. Daha ətraflı:

Yenidən günaha qayıdan bağışlanması üçün nə etməlidir?

    04.05.2018
Sual: 
Salam Aleykum.men Masturbasiya edirdim ve sonra buna tovbe etdim.sonra ise 6 defe tovbemi pozdum.men ne edim gunahim bagislansin. cox pesmanam.vicdan ezabi cekirem.artiq utaniramki Allahdan bagislanma isteyim.men ne ede bilerem?
Cavab: 
Va aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) şəhvəti qorumağın yolunu göstərərək cavanlara belə nəsihət etmişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.

Pirə inanmaq və pir sahibinə ibadət etmək olarmı?

    06.04.2018
Sual: 
Salam. Mirmövsüm ağa və s. kimilərə inanmaq, ibadət etmək nə dərəcədə doğrudur ? Allaha Şərik qoşmaq deyilmi bu ? və yaxud pirlərə ocaqlara getmək
Cavab: 
Və aleykum Salam. Pirlərin, ocaqların, orada dəfn edilən kəslərin insanın həyatına, taleyinə təsir edəcək qüvvə olduğuna inanmaq, onlara pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək Uca Allaha şərik qoşmaqdır. Bu isə ən böyük günahdır.

"Allahdan və Peyğəmbərdən qorxmuram" deyən kafir sayılırmı?

    01.04.2018
Sual: 
Salam yaxwiki varsiz Sualim budurki bir nefer haqsizliq ederken ona Allah gorur dedim oda men ne Allahdan nede Peygemberden qorxmuram dedi o insan kafir ayilirmi?
Cavab: 
Va aleykum Salam. Peyğəmbərdən qorxmaq yox, ona itaət etmək lazımdır. Bir insanın şüurlu surətdə "Allahdan qorxmuram" deməsi küfrdür. Lakin əgər insan mənasını anlamayaraq və ya özünü haqlı hesab edib qorxmağa heç bir əsas görməyərək "Allahdan qorxmuram" deyirsə, onu kafir saymaq olmaz.

Pages