böyük günahlar

Ərimin mənimlə yaxşı davranmasına baxmayaraq, zina etməsini qəbul edə bilmirəm?

    26.01.2018
Sual: 
Salam yoldasim mene xayenet edire 1 qadin deyil 2 deyil 3 4 ile men ozu deyir ki senin kimi qadin tapa bilmerem Ayrilmagda istemir deyir sensiz yasaya bilmerem amma men cox eziyet cekirem men yaxsida baxir sizce men ne edim ona vaxt verim duzler ya yox
Cavab: 
Va aleykum Salam. Zina etmək böyük günahdır və Cəhənnəm əzabına aparır.

Açıq-saçıq geyinən qadının duaları qəbul olunurmu?

    22.01.2018
Sual: 
Namaz qilan qadin dar ve aciq saciq geye zinyet ewyalari coxluqla taxarsa qildigi namaz ve etdiyi dualar qebul olarmi
Cavab: 
Salam aleykum. Duaları qəbul edən Uca Allahdır, kimin duasının qəbul olunacağını da yalnız O bilir. Amma ümumən günahların duaların qəbul olunmasına maneə olması dinimizdə bildirilmişdir. Qadının naməhrəmlərin yanında açıq-saçıq geyinməsi də böyük günahlardandır.

Oğurluq malı satın almaq olarmı?

    13.01.2018
Sual: 
Salam.Sualım oğurluq malın satılması barədədir. Kimsə oğurlayıb ucuq qiymətə mal satmasının günahı alanın boynunadır yoxsa satanın?Tutaq ki,6 manatlıq sementi oğurlayıb 4 manata satır. Belə götürsək marketdən ərzaq malları alanda satıcıdan soruşmuruq ki,firmadan nəğd pula alıb,yaxud oğurlayıb və s. biz pulumuzu verib malı alırıq. Cavaba görə əvvəlcədən təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Əgər malın oğurluq olduğunu bilirsinizsə, o malı almaq haramdır. Malın oğurluq olduğunu bildiyiniz halda alırsınızsa, günahı sizin də, satanın da boynuna yazılır.

İnternetdə olan şəxsi məlumat əsasında qurulan testlərə inanmaq olarmı?

    13.01.2018
Sual: 
Salam.Saytınızı çox bəyənirəm.Sualım budu ki,bir çox sayt var ki, orda maraqlı testlər var.Məsəl üçün adınızı,soyadınızı,yaşınızı yazırsız size xasiyyətiniz haqqında məlumat verir, və ya gəlinlik modellərini seçirsiz nə zaman evlənəcəyinizi deyir.və ya Rənglər seçirsiz sizin haqqınızda bəzi şeylər deyir. Bu fala baxdırmaq sayılır? Xahiş edirəm cavab verin.
Cavab: 

Və aleykum Salam. Gələcəklə bağlı olan fal haramdır. Digər xasiyyətlə bağlı informasiyalar isə nisbidir. Hər bir halda bu kimi şeylərə etimad etmək olmaz və çəkinməyiniz yaxşıdır. Həmçinin oxuyun: Fala baxmaq günahdırmı? 

Boşanmış ər-arvadın ehtiyaca görə yenidən görüşmələri günahdırmı?

    11.01.2018
Sual: 
Yoldasimdan bosanmisam kecmis yoldasim ehtiyaclarina gore gorusek mecburam deyir meni basqa yola dusmeyim
Cavab: 
Salam aleykum. Boşanmadan sonra tərəflər bir-birinə naməhrəm sayılır. Naməhrəmlərin də bir-birilə görüşməsi, danışması və s. olmaz. Sizin bu əmələ görə günaha batmamanız üçün yenidən şəriətə uyğun qaydada, qadının vəlisinin icazəsi və şahidlərin iştirakı ilə nikah bağlamanız lazımdır.

Qurana yalandan and içməyin günahını hər gecə ayətul-kursi oxumaqla yumaq olarmı?

    11.01.2018
Sual: 
Salam aleykum. Ayetul Kürsini 3 ildir ki hər gün yatanda 3 dəfə oxuyub yatıram. Amma Qurana yalandan and içmişəm. əlimi Qurana basdırıblar. Pozmuşam. Sualım odur ki, Ayetul Kürsinin savabına Allah mənim günahımı bağışlayar?
Cavab: 
Va aleykum Salam.
Yalandan and içmək böyük günahlardandır, böyük günaha görə əvvəlcə tövbə edib bağışlanma diləmək, sonra xeyirli əməlləri çoxaltmaq lazımdır.
Qurana yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur.

Pages