böyük günahlar

Ölü üçün Quran oxuyan pul ala bilərmi?

    07.03.2018
Sual: 
Salaminalekum.Bilmek isdeyirdim kiminse rehmete gedeni ucun Quran oxudanda oxuyan adam oxudugu quran ucun hemin wexsten pul isdeyirse hetda qiymeti bu qederdi demeyi bu neqeder dogrudu?
Cavab: 
Va aleykum Salam. Ümumiyyətlə ölü üçün Quranı pulla və ya pulsuz oxumaq və oxutdurmaq həm oxuyan, həm də oxudan üçün günahdır, çünki bu bidətdir (dində yenilik).

Gəlinin ayağı altında qurban kəsmək düzgündürmü?

    04.03.2018
Sual: 
toyda gəlinin ayağı altında qurban kəsilməsi İslam baxımından necə qiymətləndirilir?
Cavab: 

Salam aleykum. Əgər qurban Allah üçün kəsilirsə, burada bir qəbahət yoxdur. Amma gəlini ucaltmaq və ya Allah üçün deyil, gəlin üçün qurban kəsilirsə, bu Allaha şərik qoşmaq sayıldığı üçün icazəli deyil, çünki Allaha şərik qoşmaq ən böyük günahdır.

Sinfimizdə uşaqlar söyüş söyürlər, bu günahdırmı?

    04.03.2018
Sual: 
Salam. Yaxşıki varsınız sizin sayenizde çox şey öyrenirem. Ve size sualım olacaq. 1.Kimse ile küsülü qalmaq günahdırmı? 2.Sinifmizde uşaqlar pis sözler işledirler. Ve mende namaz qəlıram. Bu sözleri eşitmek istemirem .pis söz işletmek günahdırmı.?
Cavab: 
Va aleykum Salam.
1. Bu cavabı oxuyun: Küsmək barəsində

Başqasına kömək etməyimin müqabilində pul ala bilərəmmi?

    02.03.2018
Sual: 
1.Men Birinə evinə kömək edirəm mənə köməyimə görə pul verir pulu almalıyammı? 2.Yoldan pul ve yaxud .qızıl tapsam onu sahibi tapmaq çetin olacaq kimə desem deyecək mənimdi Ne etməliyəm? 3.Bir tanış ve yaxud ,yad adam deseki buna klent tap senede pul verirem faizmi sayılır?iş tap maaşdan.sene pul verəcəm almalıyam yoxsa rüşvetdi? 4.İş yerində gizlicə otursam ve yaxud telefonan oynasam maaş halal olarmı?ve haqqımı demedən necə qaytarmalıyam? 5.birin Dalınca qeybet etsəm iftira atsam.o adamı tapmasam.halalıq almalıyamı yerinə nese sedeqe dua etsem olarmı?mən qeybeti günah olduğunu bilirdim a
Cavab: 
Salam aleykum.
1. Başqasına göstərdiyiniz köməyə görə pul alıb-almamaq sizin ixtiyarınızda olan məsələdir. Pulu götürə də bilərsiniz, imtina da edə bilərsiniz.

İmkanı olduğu halda borcunu qaytarmayan adamın namazı qəbul olunurmu?

    17.02.2018
Sual: 
namaz qılan adam borcludusa və borcunu bilərək vermirsə özüdə bir çox yerə onun qıldığı namaz qəbul olur yoxsa olmur birdə siqaret çəkə bilər namaz qılan.
Cavab: 
Salam aleykum. Borc alıb imkan olduğu təqdirdə qaytarmayan borclu olduğu insanın haqqına girdiyi üçün böyük günah (qul haqqı günahı) qazanır. 

Dəstəmaz almadan tövbə etmək olarmı?

    16.02.2018
Sual: 
Salam.Men namaz qildim siqarete tövbe eliyirem dedim. 13 günden sonra gine siqaret cekdim. Birde, men tovbeye air qusur destnamaz almamıştım, hemise aldığım dest namazı almisdim. Xais edirem bu barede fikirivizi bildiresiz.
Cavab: 
Və aleykum Salam. Siqaret çəkmək böyük günahlardandır. Yenidən tövbə edin və günahdan çəkinmək üçün aşağıdakı linkdəki səbəblərdən istifadə edin. Tövbə etmək üçün isə dəstəmaz almaq vacib deyil. Daha ətraflı:

İçki və musiqi məclislərində iştirak etmək günahdırmı?

    09.02.2018
Sual: 
Salamelkum namaz qilan içki içilen yere ve kanserte getmesi oynaması gunahdrmi xayis cvb verin
Cavab: 
Va aleykum Salam. Müsəlman mümkün qədər belə yerlərdən çəkinməlidir, çünki spirtli içkilər və musiqi olan məclislərdə iştirak etmək, musiqi sədaları altında rəqs etmək dinimizə görə günahdır. Həmçinin oxuyun:

Pages