cadu

İştaham zəifləyib, tənbəlləşmişəm və ailə qurmaq istəmirəm. Bu tilsim ola bilərmi?

    08.10.2014
Sual: 
Salam Cox xaiş edirem mene kömək edin.men 1 həftə halsızam. iştah I'm zəifləyib.aile qurmaq istəmirəm. Amma sevdiyim insandanda ayrilmaq istemirem . tənbəl olmuşam. passiv həyat. bu tilsimdendi. ?
Cavab: 

Aleykum salam. Tənbəllikdən Allaha sığınmaq lazımdır. Amr ibn Şueyb atasından, o da babasından (Allah onların hamısından razı olsun) peyğəm­bə­rin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: "Allahım! Tənbəllikdən və borclu olmaqdan Sənə sığınıram!

Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?

    29.09.2014
Sual: 
salam.size bir nece sualim var.Quranla fala baxdirmaq/kartla fala baxdirmaq gunahdir;menim anam xalam hamisi bu gunahla mesgul olurlar men nece eliyim ki olar fala baxdirmasinlar.birdeki cadu insana insana tesir eliyir cadu deyilen bir sey var.sualma cavab vereceyinizegore sag olun.
Cavab: 

Aleykum salam. Quran fala baxmaq üçün yox, oxuyub ibrət almaq üçün nazil edilmişdir. Quranı oxusanız, orada falın haram olduğunun yazıldığını görərsiniz. Falın hər bir növü (istər Quranla, istər kartla, istərsə də digər şeylərlə), həmçinin sehr, cadu və s.

Uzun müddətdir ki, cadudan qurtula bilmirəm

    19.09.2014
Sual: 
Hörmətli din alimləri mən cadudan qurtara bilmirəm.28 yaşım var 19 yasımdan bu yaşıma qeder mehv edir mani neca kömək edə bilarsiz
Cavab: 

Salam aleykum. Əvvəlcə həkimlərə getmək, bunun digər xəstəlik yox, məhz cadu olduğuna əmin olmaq lazımdır. Əgər əminsinizsə və uzun müddətdir ki, qurtula bilmirsinizsə, sizə bacarıqlı mütəxəssis tərəfindən islami ruqyə (Quranla müalicə) olunmalıdır.

Quran açdırmaqla gələcəyi bilmək olarmı?

    24.06.2014
Sual: 
quran acdirmaq gunahmidir ve dogrulugu varmidir?men ALLAHIMA inaniram ondan isteyirem ama meni zorla talehimi oyrenmekcun quran acdiranin yanina apardilar bezileri dogru dedi burda dogruluq ola bilermi?mene gunah yazildimi?xahiw cvb yazin tewekkurler
Cavab: 

Salam aleykum. İslamda bu kimi əməllər fal, sehr, tilsim və cadu kimi çirkin işlərdən sayılır və böyük günahlardandır.

Başqasına ruqyə etmək olarmı və Quranda Allahın özünə "biz" deməsi haqda

    23.06.2014
Sual: 
Salam aleykum. Bir insan bawqasina ruqiye ede bilermi? 2)Bir nefer deyirki, Allah tekdir. Quranda bezi ayelerde Allah teala biz deye xitab eleyir. O deyir ki, Allah tekdirse ne ucun biz deye xitab eleyir? Mumkundurse bu suallar barede etrafli melumat veresiniz.Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Bəli, bir insan özünü və ya digər birini ruqyə (şəriət yolu ilə müalicə) edə bilər. Bu haqda daha ətraflı bu məqaləni oxuyun: Allahın kəlamı ilə müalicə 

Fala inanmadığım halda qohumumla falçıya getməyim günah sayılırmı?

    13.06.2014
Sual: 
salam size vereceyim sual beledi menim qohummun falina baxdirir menide yaninda apardi eslinde menimde fikrim var idi baxdirmaga Allahi dusundum baxdirmadim sadace menim ora getmeyim gunahdir sadace onlar danisirdir mende qiraqda durub baxirdim
Cavab: 

Aleykum salam. Sizin qohumunuzla birlikdə, hətta inanmasanız da, falçıya getməyiniz sizə günah sayılır, çünki siz pis, iyrənc bir əmələ şərik olursunuz.

Yatanda elə bilirəm ki, bədənimə kimsə girib-çıxır və tərpənirəm

    11.06.2014
Sual: 
bezen yatıxım zaman qefleten ele bil kimse bedenime girib cıxırmışkimi olur ya elimi qefil qalxır yada ayaxım qefil terpenir bu niye bele olur ve hansı halarad baş verir ele vaxtlar olur ki beynim yatlı olduxu halda gözüm acıq olur ve durub gezirem veyaxuta nese edirem bele hallar neden olur yuxu görünün zaman ruh insan bedeninden niye cıxır ruh bedenden cıxan zaman insan terpene biler
Cavab: 

Aleykum salam. Yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki, "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz".

Cadu olunmasının əlamətləri hansılardır?

    05.06.2014
Sual: 
Salam cin insana girende insan ozunu nece hiss edir ?ve hansi tepgiler verir?yalnizligimi sevir? ve s. indiden tsk
Cavab: 
Aleykum salam. Əvvəlcə qeyd edək ki, özünü pis hiss edən insanı həkimə aparmadan və ətraflı yoxlatmadan ona cadu olunduğunu düşünmək olmaz. Tibbi cəhətdən heç bir problem olmadığı halda cadu, sehr, gözdəymə və s. olan adamın sehrin növünə görə əlamətlərindən bəziləri aşağıdakılardır:

Pages