namaz

Anam namaz qılmağa qoymur, nə edim?

    03.04.2016
Sual: 
Əvvəla Salam. Bir sual verəcəkdim sizə. Amma çox xaiş edirəm ki bunu tez bir müddətdə cavablandırasız. Mənim 14 yaşım var. Və ALLAHın izniylə Namaza başlamaq istəyirəm. Valideynimdə yəni Anamda namaz qılır. Lakin mənə icazə verilmir. Bu halda nə etməliyəm? Indidən çox sağolun. ALLAH razı olsun.
Cavab: 
Və aleykum Salam. Siz yetkinlik yaşına çatmısınızsa namaz sizə vacibdir və heç kəs sizə namaz qılmağı qadağan etmək hüququna malik deyildir. Daha ətraflı:
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

Namaza başlamaq istəyirəm, amma səhv etməkdən qorxuram...

    03.04.2016
Sual: 
Men namaz qilmaq isteyirem ama qorxuram ne edim?deqiq insan oldugumcun sehf elemekden qorxuram
Cavab: 
Salam aleykum. Allah sizə kömək olsun. Namaz qılmamaq özü ən böyük səhvdir. Ona görə də siz səhv eləməkdən qorxmayaraq tezliklə namaza başlayın. Namaz qılmağın insana yalnız xeyri var. Namazın sözlərini əzbərləyənə qədər kağıza baxaraq da oxuya bilərsiniz. Daha ətraflı: 

Namaz qıldıqda rükət sayına görə şəkk edənin namazı batil olurmu?

    28.03.2016
Sual: 
Namazda ikinci rəkətində rəkətinsayına şəkk edirəm daha doğrusu vəsvəsə olunuram. Amma üstündən heç saniyələr keçməmiş yəqinə çatıram. Mənim namazım batilmidir?
Cavab: 

Salam aleykum. Namazda rükətlərin sayında şübhə edən insanın namazı batil olmur. Namazda artıq və ya az qılmaqda yəqin olsanız səhv səcdəsi etmək lazımdır. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?

Şiə namazından sünni namazına keçmək olarmı?

    27.03.2016
Sual: 
salam sie namazindan sunni namazina kece bilerem? xaiw edirem sualimi tez bir zamanda cavablandirasiz.namaz haqda hecbir melumatim yox idi etrafdada namaz qilan olmadigina gore interntten namaz haqda maraglandm axr tapdim qiliram uc heftedir mene dedilerki sen wie deyilsen wie namazi qilirsan duzgun deyil menimde sonradan xeberim oldu ve indi sunni namazina kecmek isdeyirem bu duzgundurmu Allahin gezebine gedermi ama bu namaza cox baglanmwam ve oyrenmiwem ezber cox asanddi mene gore

Valideynlər Peyğəmbər kimi namaz qılmağa icazə verməyə bilərlər?

    27.03.2016
Sual: 
Salam aleykum.1)Valideyinlerden her hansi biri eger dese ki,möhursuz ve qolu bağli namaz qilsan zehmetimi halal etmiyecem sene,bele olan halda valideyine itaet etmek lazimdirmi?.2)Namazda 2 secde arasinda "Rabbi ğ firli" duasiyla yanashi sehven secdede oxunan dualardan birini oxuduqda sehv secdesi etmek lazimdir?Önceden teshekkur edirem
Cavab: 

Və aleykum Salam.

Pages