namaz

Xaricə səfərimin ilk günündə ev axtaracam, həmin gün bütün namazları birləşdirə bilərəmmi?

    26.10.2015
Sual: 
as salam aleykum va rahmatullahi va barkatuh.size texminen yarim ay qabaq bir sual vermisdim ve cavablandirilmadi bu nedendir?2 sualim biraz uzun olacaq ama etrafli cavab versez sevinerem ve mumkunse biraz tez cavablandirsaz.men telebeyem insaallah 1 hefdeden gedirem xarice.ve biz orda 1 gun ev axtarmaliyiq seherde.bele olan halda seher namazindan basqa hec bir namazi qila bilmirem.olarmiki axsam namazinda o gunun butun namazlarini birlesdirib qilim tekce bir gun.yeniki gunorta ve ilkindi namazini axsam namazinda qezasini qilsam olarmi
Cavab: 

Va aleykum Salam va rahmətullahi va bərakətuh. Siz orada yerləşib rahatlıq tapana qədər səfər namazı qıla bilərsiniz. Səfərdə olarkən zöhrlə əsr, həmçinin məğriblə işa namazlarını birləşdirməyə və 4 rükətli namazları 2 rükət qılmağa icazə verilir.

Camaat namazı ilə bağlı bəzi suallar

    26.10.2015
Sual: 
salam.sizə 3 sualım var. 1.camaat namazında durarkən bir-birinin arxasıycan durmaq olar?(3 nəfər)yoxsa hamı yanyana durmalıdır? 2.camaatnamazında imam və ona iqtida edənlər necə niyyət etməlidir? 3.camaat namazında imam namazı əvəlldən axıra qədər uca səslə deməlidir?yoxsa ancaq həmd-surəni??
Cavab: 

Va aleykum Salam.
1. Xeyr, camaat namazında imamın arxasında dayananların arxa-arxaya dayanması doğru deyil. İmam qabaqda, tabe olanlar isə imamın arxasında yanaşı dayanmalıdırlar. Məsələn; üç nəfər namaz qıldıqda, biri qabaqda, ikisi də onun arxasında durur.

Qışda şərait olmadığı üçün sübh namazını qəza edə bilərəmmi?

    24.10.2015
Sual: 
Salam Aleykum.Qisda hava cox soyuq oldugu ucun seherler su problemi olur bizde.bide evimiz cox soyuq olur.yeni qisacasi imkan yoxdu .mende yeni namaza baslamisam.yeni ancaq subh namazini qeza edib gunorta namazindan sora qila bileremmi.?? Xahis cvb yazin
Cavab: 
Va aleykum Salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vaxtında qılmağı vacib buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).

Namaz qılmağa olan tənbəlliyə qarşı dua varmı?

    24.10.2015
Sual: 
salam men namazqilan bir insanam ama arada bir qilma gelmir icimden yalan yereozumucun behaneler qururam bir sozle ozumozumu aldadiram .. mence bunu seytan qoymurrryeni meni dinimden yayindirir men ne ede bilerem ne suresi var? ne duasi var? mene deyin xaiw edirem seytani uzaqlawdirim ozumden
Cavab: 

Va aleykum Salam. Bunun üçün xüsusi dua yoxdur, imanı artırmaq lazımdır. Bu cavabları oxuyun:
İmanı artırmaq üçün nə etməliyik?

Səfərdə və ya qonaqlıqda namaz qılmamaq olarmı?

    22.10.2015
Sual: 
Qonaqliqda olarken seferde olarken namaz qilimmasa olarmi?
Cavab: 

Salam aleykum. Nə səfərdə, nə də qonaqlıqda namazı müvəqqəti də olsa tərk etmək olmaz. Səfərdə Allah bəndələrinə yüngülləşdirmə olsun deyə, namazları qısaltmağa və birləşdirməyə icazə verib. Belə ki, zöhrlə, əsri, məğriblə də işanı birləşdirmək olar.

Cinsi əlaqədə olduğumuz otaqda namaz qılmaq olarmı?

    20.10.2015
Sual: 
Salam Aleykum, həyat yoldaşı ilə cinsi əlaqədə olduğun yerdə namaz qılmaq olar?həmən xalça üzərində. ümumiyətlə namaz qaldığın otaqda cinsi münasibətdə olmaq nə qədər düzgündür?
Cavab: 

Va aleykum Salam. Bəli, yataq otağında namaz qılmaq olar. Namaz qılınan yerin murdar şeylərə bulaşmamasına fikir vermək lazımdır. Daha ətraflı:
Yataq otağında namaz qılmaq icazəlidirmi?

Pages