qadınlar

Kəbin kəsilərkən qadına mehr verilməyibsə, kəbin düzgün sayılırmı?

    19.12.2019
Sual: 
salam.eger kebin kesilende kiwi arvadina hec bir wey vermeyibse qadin kiwiye kebini pozduracagini deyir kiwi ise onunla gelmirse qadin tekbaaina o kebini pozdura biler?
Cavab: 
Va aleykum salam. Kəbin kəsdirərkən tərəflərin razılığından sonra qadının vəlisinin (ata, qardaş, əmi və s.) icazəsi və iki şahidin iştirakı mütləq olmalıdır. Kəbin kəsdirərkən kişinin qadına mehr verməsi vacib olsa da, kəbinin şərtlərindən sayılmır.

Ata ərə getmək istəməyən qızına haqqını halal etmirsə, qız nə etməlidir?

    17.12.2019
Sual: 
Əssalamu aleykum ata qızını ərə vermək isdəsə qız istəməsə ata desəki getməsən sənə haqqım haram olsum bu zaman qız nə etməlidir ?
Cavab: 
Və aleykum Salam. Kəbin kəsdirərkən həm atanın, həm də qızın öz razılığının olması vacibdir. Yəni, evlilikdə qadının razılığı vacib şərtdir və onu məcburən ərə vermək qadağandır.

Boşanmış qadınla nə zaman kəbin kəsdirmək olar?

    28.10.2019
Sual: 
salam aleykum boşanmış gadınla evlenmek isteyirem elbette gadının razlıgı ile amma onun birinci eriynen nigahları olmuyub indi boşanıb onunla evlenmek olarmı özüm oxusam nigah
Cavab: 

Va aleykum salam. Uca Allah boşanmaq üçün müəyyən şərtlər qoymuşdur. Əri tərəfindən boşanmış qadının başqasına ərə getməsi üçün qadın ərinin ona: "Səni boşadım" - deməsindən sonra iddə müddətinin başa çatmasını gözləməlidir. Heyz olan qadınlarda isə bu müddət qadın üç dəfə heyz olana qədərdir.

Hicab geyinərkən üz bağlanmalıdırmı?

    28.10.2019
Sual: 
Salam Aleykum. Sizə 2 sualım olacaq, xahiş edirəm cavablandırasınız 1Hicab taxarkən nəyə görə üz bağlanmır? 2 Naməhrəm(yad) yerlərdə hansını taxmaq daha düzgündür. Hicab yoxsa çadra
Cavab: 

Va aleykum Salam. Əl və üz istisna olmaqla qadının bütün bədəninin örtülməsi vacibdir. Uca Allah bu xüsusda buyurur: "Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlərini aşağı dik­sinlər və cinsiyyət üzv­lərini zinadan qo­ru­sun­lar.

Şəhvət hissi ilə qadından maye gələrsə, qüsl alınırmı?

    12.10.2019
Sual: 
Salam.Bagışlayın suala göre.Heyz halda olarken şehvet hissi ile şeffaf maye gelse cenabet qusulu almaq olarmi?Ve cenabet qusulu kecerlidimi?
Cavab: 

Va aleykum Salam. Əgər qadından şəhvətlə maye gələrsə və bu, qadının həzz alaraq şəhvətini bitirməsinə (orqazma) səbəb olarsa, bu halda qadın cənabət qüslu almalıdır. Əgər sadəcə şəhvət nəticəsində maye gələrsə və bununla şəhvəti bitməzsə, bu halda qüsl almağa ehtiyac yoxdur.

Evlənmək məqsədilə danışdığın naməhrəm qadına "səni sevirəm" demək olarmı?

    12.10.2019
Sual: 
Salam aleykum bağışlayin bir mesele haqqinda sorusmaq isdeyirem sevgi vaxti xanima gozel sozler demek olarmi?seni sevirem ve basqa gozel sozler? Ve onu teriflemek xanimla cidi yeni evlenmek meksedi ile danisiriq zehmet olmasa sualin cavabini loru dilde basa salardiz
Cavab: 

Va aleykum Salam. İslam dininə görə evlənmək məqsədilə olsa belə, kişinin naməhrəm qadınla nikah bağlamadan təklikdə danışması qadağandır. Kişi qadınla ancaq onun məhrəminin (ata, qardaş, əmi və s.) iştirakı ilə danışa bilər. Xüsusən də naməhrəm qadına "səni sevirəm" və s.

Pages