qadınlar

Qadınlar başa necə məsh etməlidirlər?

    25.05.2016
Sual: 
As Salamu Aleykum. Mən bu suali çox adama vermişəm cavablar qane etmir. Qadinlar destemaz alarken başına meshi nece cheksin? Qadinda sach uzundu one arxaya etmek alınmır axi. Zehmet olmazsa geniş izah ede bilersiz? DjazakAllahu xayran.
Cavab: 
Və aleykum Salam. Əgər saç uzundursa, sadəcə yaş əllə alının orta tərəfindən iki əl ilə bütün başı əhatə edərək qabaqdan arxaya və əli başdan ayırmayaraq arxadan qabağa çəkmək lazımdır. Həmçinin, oxuyun:

Qaynatamla küsülü qalmışam, nə edim?

    25.05.2016
Sual: 
Salam.Men namazlarimi calisiram axsatmayim.Calisiram pis davranmayim hec kime.Adi bir seyin uste qaynatam mene redd ol bu evden deyib.mense hec ne demedim ve getmedim.Yoldasim ve qaynanam onun haqsiz olduguycun meni getmeye qoymadilar.6aydi kusuluyuk.Ureyim cox qirildi.men haqli oldugumcun hec kimi meni barisiga sovq etmir.bilirler ki.pis incimisem.danismiriq amma xestelenende men baxmisam ona.Qeti danismiriq.Bunun gunahi mene ne derecededi? Men ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Asanlaşdırın, çətinləşdirməyin. Rahatlaşdırın (müjdələyin), nifrət oyatmayın". (əl-Buxari, 69). Ola bilsin, bu sizə ağır gələ bilər.

Sevdiyim insanın yanıma qayıtması üçün nə dua etmək lazımdır?

    19.05.2016
Sual: 
Men bir neferle sevgili idim 25 yazim var indi ayriyiqq nece edim ne dusi suresin oxusam mene qayidar? Her gunde Allaha dua edirem
Cavab: 

Salam aleykum. Kişinin qadını və qadının da kişini sevməsi qəlb məsləsidir. Siz Uca Allaha dua edin ki, sizə xeyirli olanı nəsib etsin! Bundan əlavə istixarə də edə bilərsiniz. Daha ətraflı: 

Atam ruhi xəstə olduğuna görə evlənəndə anamdan icazə ala bilərəmmi?

    17.05.2016
Sual: 
salam atam ruhi xeste oldugu ucun evlenende tekce anamdan icaze alsam olarmi?
Cavab: 

Və aleykum Salam. Əgər atanız ruhi xəstədirsə, onda ata tərəfdən kişi olan bir nəfərə vəlilik təyin edilməlidir. Bu da olmasa ana tərəfdən dayı və digər kişi olan bir nəfər şəxs vəlilik etməlidir.

Zina etdiyim üçün Allah məni bağışlayarmı?

    15.05.2016
Sual: 
Salam eleykum.Menim bele bir sualim vardiki hansini kimese deye bilmirem.Men 17yasim olarken bakireliyimle vidalasdim sevdiyim birisi idi.4il qorusurduk mueyyen sebeblere qore ayrildik.Indi menim sevdiyim biri var onunla cinsi elaqede oldum yalniz o ele sanirki men bakire idim ondan evvel,kebin kesdik,nisan qelen il etmek isteyirik,o ele sanirki namaz qiliram yalniz hazirlasiram helede baslamamisam,tovbe etsem bagislanarammi?O kese haram dusurem?O dunyada o mene qore sorqu suala cekilecekmi?Ne etmeliyemki baqislansin qunahim?Pesimanam.Kimden sorusum ne edeceyimi bilmirem.
Cavab: 
Və aleykum Salam. Ailə qurmadan cinsi əlaqədə olmaq zina sayılır və həlakedici günahdır. Buna səmimi qəlbdən tövbə etməyənlərə şiddətli əzab verilə bilər. Ona görə də, siz bu günahdan tövbə edib namaza başlayın və Allahdan bağışlanma diləyin.

Qaşlar qalın və uzun olursa, onu almaq olar?

    14.05.2016
Sual: 
Salam aleykum. Qash almanin haramliqini bilmeyen qadin qashlarini alibsa ve sonradan bu emelin haramliqi ona beyan edilenden sonra qash almaqi terk edir. Amma qashlara toxunulduquna gore evvelki normal halindan qalin ve uzun olur. Bu halda hemin qadin ne etmelidir? Qashlarinin evvelkinden daha qalin ve daha uzun olmasina baxmayaraq onlara toxunmamalidir? Yoxsa kenarlarindan duzelis ede biler?
Cavab: 

Və aleykum Salam. Əgər qaşlar eybəcər vəziyyətdə bir-irinə birləşiblərsə, bu halda iki qaşın arasından bir qədər götürmək olar. Digər hallarda bu əməldən çəkinməyiniz məsləhətdir.

Hicaba keçmək istəyirəm, amma imkanımız çatmır...

    08.05.2016
Sual: 
Salam men hicama kecmey isdiyirem ama yoldasimin imkani yoxdu kece bilmirem bu mene yada yoldasima gunah sayilir mi cox temiz ureyle kecmey isdiyirem hicaba alinmir
Cavab: 

Və aleykum Salam. Allaha dua edirik ki, sizin üçün asanlaşdırsın, sizi din üzərində sabit etsin, günahlardan qorusun və Cənnətə daxil etsin. Özünüzdə olan örtülü paltarlardan geyinin və başınızı örtün. Allaha dua edin ki, İslama uyğun paltarlar almaq üçün sizə ruzi yetirsin.

Pages