qadınlar

Masturbasiya etmək niyə günahdır?

    29.08.2015
Sual: 
Salam Aleykum. Sualima gore hamidan uzr isteyirem, amma soruwmaliyam bunu. Men qizam ve arada olur ki sehvet hissti neticesimde oz ozume bowaliram. Amma bir wey var ki namaz qiliram. Namaza yeni bawalmiwam, masturbasiyanin gunah oldugunu bilmirdim, indi orgendim duzu. Namaz qilmaga bawlayamdan 1defe bowalmiwam, sonra ise qusl almiwam, sonra destemaz ve namazimi gilmiwam. Mene bawa sala bilersiz nie masturbasiya gunahdi?
Cavab: 

Aleykum salam. Bu cavabı oxuyun: Masturbasiya etmək icazəlidirmi?

Ana bətnində olan 1 aylıq uşağı abort etdirmək günahdırmı?

    29.08.2015
Sual: 
Salam.Üzr isteyirem hamile xanimin 1 ayliq uwagini abort eletdirmesi gunah sayilir.Hekimin dediyine gore 1 ayliq gunah deyil.1 ayliq uwaq hüceyredir.orqanlari inkişaf etmir ona gore de gunah sayilmir amma 2,3 ayindan sonra abort gunah sayilir.Cavabinizi gozleyeceyem.Sagolun
Cavab: 
Aleykum salam. Şəriətimizə görə əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda dölün neçə aylığından asılı olmayaraq abort etmək günahdır.

Qadın kişiyə evlilik təklif edə bilərmi?

    25.08.2015
Sual: 
mohterem muselmanlar! 37 yashinda gozel xanim-elimli, savadli, gozel exlaqli, maddi cehetden ve evle temin olunmush, yuksek vezife sahibi ve eyni zamanda bakire olan bir xanim ovlad sahibi olmaq ucun nigah etmek isteyir. Suni mayalanmadan istifade etmeye cesaret elemir. Cunki islam dinine gore ovlad atasini ve ata ovladini tanimalidir. bele olan halda o ne etmelidir? daha artiq abir-heya ile oturub gozlemeye vaxti da yoxdu, cunki bele getse 1-2 ilden sonra menopauza da bashlayacaq. Xanim ozu her hansi bir kishiye evlilik teklifi ede bilermi?
Cavab: 

Salam aleykum. Bəli, qadının kişiyə evlilik təklif etməsində heç bir qəbahət yoxdur. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ilk zövcəsi Xədicə binti Xuveylid (Allah ondan razı olsun) də peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) özü evlilik təklif etmişdir.

Saçların uzanması üçün xüsusi yağlardan istifadə etmək olarmı?

    25.08.2015
Sual: 
saclarımın uzanması ucun yaglardan istifade edirem (meselen _ genegercek, hind qozu yagı) bunların nese bir günahı var, ve ya yaxud haram olma kimi ehtimalı var ?
Cavab: 

Salam aleykum. Saçların uzanması üçün vasitələrdən istifadə etmək olar, çünki şəriətdə bununla bağlı heç bir qadağa yoxdur.

Qadın tək xarici ölkədə körpə övladıyla yaşaya bilərmi və digər suallar

    23.08.2015
Sual: 
Salam aleykum 1 qadının əri ola ola naməhrəmlərlə işləməsinə islam necə baxır?2 Qadın tək başqa bir ölkədə balaca uşağıyla yaşaya bilərmi?3 Qadın Quran öyrənmək istədikdə əri qoymazsa gizlincə gedib muselman bacılardan öyrene bilərmi?4 Quran oxuduqda mənasını dərk etmədikdə savab yazılırmı? Xahiş edirəm yazın . Allah elminizə bərəkət versin və sizi muttəqilərlə bir yazsın . əmin
Cavab: 

Aleykum salam.

Heyz bitdikdən sonra qüsl almamış cinsi əlaqədə olmaq olarmı?

    18.08.2015
Sual: 
Salam aleykum.eger heyz qanı kesilibse qusl almadan cinsi elaqede olmaq günahdırmı.teşekkürler
Cavab: 

Və aleykum salam. Qadın heyzdən təmizlənib heyz qüslü almayana qədər ərinin  onunla yaxınlıq etməsi haramdır. Uca Allah bu xüsusda buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır.

Pages