qadınlar

Ailə ilə bağlı suallara niyə kişilərin xeyrinə cavab verilir?

    14.10.2015
Sual: 
Assalamu aleykum va rahmatullah.Burda suallara cavab veren kimdir? Elm ehlidirse xahish edirem sualima cavab verin.Ailede zovce ile problemleri olduqda qardashlar size yeni elm ehline muraciet dir.belede olmalidi.men buna etiraz etmirem ama cox zaman onlar birterefli qerar verirler kishiye esaslanib onun dediyini ustun gotururler bes qadin bu meselede hec o yada dushmur.o ne cekir deye. Qerar verende zehmet olmasa qadinida dinleyin sonra qardashin terefini tutun.
Cavab: 

Aleykum salam və rahmətullah. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolunu gedən və bidətdən uzaq olan əsl elm əhli, alimlər, elm tələbələri kişilərin xeyrinə yox, şəriət kimin tərəfindədirsə, onun xeyrinə cavab verirlər.

Məleykə adını dəyişmək günah sayılırmı?

    12.10.2015
Sual: 
Salam.Menim adim Meleykedir.Bildiyimiz kimi Melek ve Meleyke adi gunahdir.men oz adimi deyiwsem gunah sayilarmi?
Cavab: 

Aleykum salam. Xeyir, Məleykə adını dəyişməklə günah qazanmazsınız. Əksinə, peyğəmbər (salləllahu aleyhi və səlləm) pis adları, yaxşı adlarla dəyişərək əvəz etmişdir. (Muslim, 2139). Əgər sənəddə dəyişməyə imkan yoxdursa, ən azından insanlara deyə bilərsiniz ki, başqa adla çağırsınlar.

Qadın hamama gedə bilərmi və digər suallar

    12.10.2015
Sual: 
İstirahət mərkəzinə gedən qadın yoldaşı ilə qaldıqda otaqda başını açıb gəzə bilərmi? Yoxsa qadın ancaq evində başı açıq gəzə bilər? Qadın evindən başqa heç yerdə geyimini çıxara bilməz? Qadın hamama gedə bilməz? Salona gedib lipoçka etdirə bilməz bunu edən qadın olsa belə?
Cavab: 

Salam aleykum. 

1. Ümumiyyətlə, naməhrəmlər olmayan istənilən yerdə hicabı açmaq icazəlidir.

Anamla barışmaq istəyirəm, lakin mənimlə yenidən pis davranacağından qorxuram...

    05.10.2015
Sual: 
Assələm aleyum.Mən neçə illərdi iskamdayam 2 ildi qapanmışam əvvəllər təzə təzə qapananda biraz rəngli örtük yubka kofta geyindim amma qışdan baş ayaq təsəttürə sunnəyə uyğun bir rəng sini yada qara geyinirəm.Mamam buna görə yola gedmir mənimlə.sehrlə xəstələndim və anam anlayış göstərmədi mənimlə dəli uada lazımsız biri kimi davrandı üstəlik yoldaşımada bu dəlidi başının çarəsinə bax bunnan sənə arvad olmaz.bunun qara geyinən bacıları bunu döndərib filən.Yoldaşımda Əlhamdulilləh islamdadı.Anama mən ailəmdən razıyam dedi.Qonşularının drdi qodusu Bizə vahabi deməyi onu bizim üsdümüzə daha düzge
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, sizə səbr versin, dini yaşamağı, onun razılığını qazandıran əməllər etməyi sizin üçün asanlaşdırsın, sizi və ailənizi şeytanın fitnəsindən qorusun.

Oğlanın qızı atıb getməsi kəbini pozurmu?

    03.10.2015
Sual: 
herimiz oldu oglan gedib kebin cesdirib ikimizcun men getmemisem ama. Aramizda da hecne olmayib 25 gunden sonra dediki men seni istemirem xasiyyetimiz uygun deyil ayriliram senden sonra daha telefonlarima cvb vermedi atdi meni. Cox xahis edirem bu kebin pozulurmu bu halda ?????
Cavab: 

Salam aleykum. Bu halda kəbin pozulmuş sayılır. Sizin aranızda həqiqi kəbin olubmu? Kəbində qadının razılığı vacibdir. Özü iştirak etməyə bilər, amma onun vəlisi (atası, həyatda olmasa qardaşı, babası və s.) mütləq iştirak etməli və razı olmalıdır.

Pages