qadınlar

Həcc ziyarətinə ilin digər aylarında da getmək olarmı?

    18.08.2015
Sual: 
salam men bilmek isterdim hecc ziyaretine ilin basqa aylarinda getmek olarmi? menim istiye dozumum yoxdur hiss edirem ki ureyim zeifdi ona gore bilmek isterdim..bir de ramazan ayinda abort etmek olarmi?? ilk heftelerde bildiyime gore gunah deyil cunki hele dol formalasmir..
Cavab: 

Aleykum salam. Həcc ziyarəti yalnız Zilhiccə ayında yerinə yetirilir. Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin! Kim iki gün ərzində (ziyarətini) (tamamlayıb) geri qayıtsa, ona heç bir günah olmaz.

Nigahdan öncə oğlanın qarşısına 2-ci zövcə almayacağına dair şərt qoymaq olarmı?

    15.08.2015
Sual: 
salam aleykum evlenmeden once oglandan 2 ci qadinla evlenmeyeceyine soz almaq olar yeni soz versin ki 2ci qadinla evlenmeyecek bele bir soz almaq olar? gunah deyil ki diger sual:o 2ci qadinla evlenerse men onunla yasaya bilmerem yasasam da gerek ayri otaqlada qalaq bele elmek duzgun deyil ?axi onda men ne edim ayrilmaq bosanmaq olar? men yoxsa bir yerde qala bilmerem /bu ikisinden birini elemek mecburuyyetindeyem/onda men ozume eziyyet vermis olaram /onsuzda bu ikisinden birini elmesem de bu evlilik cok surmez inciklik kusluk olar
Cavab: 

Aleykum salam. Bu cür şərt qoymağın haram olduğunu deyən alimlər olsa da, daha səhih görüşə əsasən, qadının nigah zamanı gələcək ərinə ikinci zövcə almayacağına dair şərt qoyması icazəlidir. Əgər kişi bu şərti pozarsa, günah daşıyır və qadının boşanma hüququ var.

Heyzdən təmizləndikdən sonra buraxılan namazların qəzası qılınmalıdırmı?

    09.08.2015
Sual: 
Salam, baqisliyin sualima gore, qadin heyizden bitdikden sonra ve qusl etdikden sonra , qeza namazi qilmalidir? Yoxsa yox? Sax olun .
Cavab: 

Aleykum salam. Heyz olduğunuz günlərdə buraxdığınız namazların qəzasını qılmaq lazım deyil. Daha ətraflı: Heyz halında namaz qılmaq olarmı?

Qüsl aldıqdan sonra səhər yenidən axıntı gələrsə, oruc pozulurmu?

    07.08.2015
Sual: 
Salam. Bjldiyimz kimi qadinlarin pak olmayan vaxtlarinda oruc tutmalari olmaz. Men onda sonra qusullanib yeniden niyyet edib oruca davam etdim ancaq seher yuxudan oyananda 1 2. Damci maye axintisi var idi . Orucum pozulmus olur ?
Cavab: 

Aleykum salam. Qüsldan sonra axan qanın yəqinliklə aybaşı olduğuna əmin olsanız, oruc tutulmur, çünki heyz halında qadın oruc tutmur. Heyzdən təmizləndikdən sonra isə buraxdığı günlərin sayı qədər qəzasını tutur. Əgər aybaşıya aid olmayan axıntı olarsa, bu zaman oruc tutmaqda davam edirsiniz.

Qadın ərə gedərkən öz oğlundan icazə almalıdırmı?

    02.08.2015
Sual: 
kebin ucun ana oz oglundan icaze almalidir yeni oglu evlenmeye razi olmasa ana oglunun raziligini almalidir?
Cavab: 
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir". (Sunən Əbu Davud; Sunən ət-Tirmizi).

Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?

    02.08.2015
Sual: 
Salam yoldasim menimle eyni yataqda yatmir ayri otaqlarda yatiriq herden keyfine dusende olmaqdan otru meni yanina cagirir ona etiraz etsem gunah olmaz onuda qeyd edimki yoldasim basqa dul qadini sevir.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır". (əl-Bəqərə, 228). Ailədə həm kişi, həm də qadın bir-birinin haqlarını ödəməyə mükəlləfdirlər.

Yuxuda hicab bağlayıb sonra açmaq nə məna bildirir?

    30.07.2015
Sual: 
Salam..Men yuxuda hicabi taxib sonr a acmisam.bu yuxunu 2 defe gormusem..bu yuxu neye yozular.xahis edirem cvb yazin
Cavab: 

Aleykum salam. Biz yuxu yozma sahəsində bilikli deyilik, amma yuxuda nə görməyinizdən asılı olmayaraq, hicab bağlamırsınızsa, gecikdirmədən bağlamaq lazımdır. Əgər bağlayırsınızsa, şeytanın hicabı açmaq vəsvəsələrinə fikir verməməli, imanınızı artırmalısınız. Daha ətraflı:

Haram olduğunu bilmədən masturbasiya edənin orucu batildirmi?

    28.07.2015
Sual: 
salam . sualims gore uzr isteyirem. men oruc tuturam . bilmirdimki oruc vaxti qadinnar qurtararsa oz ozune oruc pozulur. indi eger etmiwemse ancaq bilmirdimseki bunu etmek orucu pozur onda orucum batil olur ?
Cavab: 

Aleykum salam. Masturbasiya və ya özünü boşaltma haramdır, həmçinin orucu batil edir. Tövbə edərək bir gün qəza orucu tutmaq lazımdır. Həmçinin oxuyun:
Masturbasiyanı necə tərgitmək olar?

Pages