qadınlar

Lazer epilyasiyası ilə tükləri aldırmaq icazəlidirmi?

    20.06.2015
Sual: 
As Salamu aleykum. Bilirik ki, üzdeki tükleri almaq icazelidir. Men lazer epilyasiyasına gederek tükleri aldırıram, burada bir qebahet varmı? Indiden Allah razı olsun.
Cavab: 

Aleykum salam. Sağlamlığa zərər vermədən lazer epilyasiyası vasitəsi ilə qaşlar istisna olmaq şərti ilə digər tükləri aldırmaq icazəlidir. Həmçinin oxuyunı:
Üz və qaş tüklərini aldırmaq olarmı?

Qadınlarda ifrazat gəlməsi qüslu pozurmu?

    12.06.2015
Sual: 
salam aleykum,eger qadin ayildiqdan sonra yeni yatib durduqdan bir az sonra hiss eleseki ifrazat gelib bu zaman onun qusulu pozulurmu amma durdugu zaman gelmir bir az hereket edib el uz yuyandan ve ya ayaq yoluna getdikde gelir(sualima gore onceden uzr isteyirem uzrlu hesab edin)

Ğamus andı və digər məsələlər barədə

    12.06.2015
Sual: 
Assalamu aleykum va rahmatullahi va barakatuh... 1. Sahibini gunaha batiran əl-ğəmus andi ne demekdir? 2. Bildiyimz qədəri ilə qadınlara da sünnət vardır.Bununla bağlı bəzi hədislər də var.Səhih hədislərdirmi? Və ya məzhəb alimlərinin göreşü nədir bu barədə? Ehtiyac yoxdursa bunu etdirməmək olarmi? Ümmü Atiyye el-Ensârî (Radiyallahu Anha) şöyle dedi:“Medine’de kadınları sünnet eden bir kadın sünnetçi vardı. Rasulullah (Sallallahu Aleyhi ve Sellem) o sünnetçi kadına:−‘Fazla derinden kesme! Çünkü bu, kadın için daha çok tat (orgazm) almasını sağlar.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

Qadınlar necə namaz qılmaldırlar?

    12.06.2015
Sual: 
As sələmu aleykum. Qadin nece namaz qilmalidir haqda bir vidiyo qoyardizda. Kisi ve qadinin namazinda ne ferq var?Ve Quranda ve sunnede sehih melumat varmi bu haqda? Allah razi olsun
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:  "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari). Bu söz həm kişilərə, həm də qadınlara aiddir. Quran və səhih hədislərdə qadınlar üçün xüsusi namaz qaydaları bildirilməmişdir.

Həccə gedən qadın hicab bağlamasa onu göndərən günah qazanırmı?

    12.06.2015
Sual: 
hecce geden bir qadin basini ortmurse geyimine fikir vermirse onun gunahi onu hecce gonderen sexsin boynuna dusurmu?
Cavab: 

Salam aleykum. Həccə gedib-getməməyindən asılı olmayaraq hicab bütün qadınlara vacibdir, hicab bağlamayan qadınlar Allaha asi olmaqla böyük günah qazanırlar. Bəzi ibadətləri (məsələn, namaz) yerinə yetirərkən isə hicab olmasa, ibadət qəbul olunmaya bilər.

Ərimlə aramızda bəzi dini məsələlərə görə mübahisələr yaranır...

    08.06.2015
Sual: 
Salam aleykum. İnşəAllah yaxşısız. yoldaşımla din haqqınfa çox söz-söhbətimiz olur. Mənə namaz qılmağı da qadağan edib. Amma İnşəAllah gizli namaz qılmağı planlaşdırmışam. söz söhbətin səbəblərindən biri də budur ki, eşitdiyimə görə yemək yeyğndə sağ əl,yuyunanda sol əl istifadə olunmalıdır. Evə daxil olanda sağ ayaqla daxil olub salam vermək,çıxanda sol ayaqla çıxıb bismilləh demək lazımdı. Bütün bunlar nə dərəcədə düzdü,mən həmişə belə eləyirəm. Əgər düz edirəmsə hansə ayəyə və ya hədisə əsaslanmalıyam. Bir də əgər yoldaşım məni dindən uzaqlaşdırmaq istədə boşanmaq düzgündürmü?
Cavab: 

Aleykum salam. Ərinizdən səbəbsiz yerə boşanma tələb etməniz qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar".

Pages