qadınlar

Boşanmış qadın Cənnətə düşsə, kimlə ailə quracaq?

    15.05.2015
Sual: 
esselemu aleykum va rahmatullahi va beraketuhu. Eger qadinin eri zinakar kobud olub bosanibsa, qadinda basqa sexsle aile heyati qurmayib dunyasini deyiserse axiretde kimle aile heyati quracaq? Onuda deyimki qadin ibadet ehli haramlardan cekinendi. Cennet kisisi qilman deye mexluq var?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Qadın Cənnətdə əri ilə birlikdə olacaq. Əgər əri Cəhənnəm əhli olarsa, bu halda qadın Cənnətə düşmüş kişilərin biri ilə evlənir.

Qadın bir neçə kişi ilə ərdə olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?

    15.05.2015
Sual: 
Salam aleykum. Men evliyem amma bashqa birini sevirem. Evlenmemishden qabaq da sevgili olmushuq. Sonra ayrildiq ve ikimiz de bashqalariyla evlendik. Amma hele de bir-birmizi sevirik ve axiretde qovushmagi arzulayiriq. Eger cennet qismet olarsa, biz axiretde qovushariq yoxsa yene yoldashlarimizla qalariq?
Cavab: 
Və aleykum Salam. Bu cür sevgi haramdır, insanı zinaya və axirət əzabına apardığı üçün onu unutmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Cənnət haram əlaqələrin davam etdirilməsi üçün yer deyil.

Ərim cahil olduğu və hicabıma dil uzatdığı üçün ondan boşandım, düz etmişəm?

    10.05.2015
Sual: 
Essalamun aleykum. Men kecmish erimle yola geedim deye boshandm. yeni boshanma addimini men atdm. o cahil idi hec anlasha bilmirdik. ama meni almamishdan qabaq mene ozunu dindar kimi qeleme vermishdi menimde yashim az idi tez inanmishdim ona ozumde islamda teze idim deye tam olaraq imanli insan nece olur sece bilmrdm. ama ozune demishdim men imanli insana ere gederem bu da buna gore mene yalandan deyib imanliyam sora bunu ozu mene etiraf elediki sen mene ere gelesen deye bashqa cur deye bilmedm.
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, ciddi səbəb olmadan qadının ərindən boşanma tələb etməsi qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar".

Axşam heyzin bitdiyini görən xanım qüslu səhər ala bilərmi?

    03.05.2015
Sual: 
Salam. Aybaşınin bitdiyini axşam gorsək səhər qüsl ala bilərik yoxsa axşam almaliyig? Aybaşının bitdiyini bilen kimi qüsl almasag qilmadigimiz namazlar qeza sayilir?
Cavab: 

Aleykum salam. Xeyr, axşam heyzin bitdiyini görən kimi qüsl alaraq işa namazını qılmaq lazımdır. Bunu bilmədən bəzi namazları qılmamısınızsa tövbə etmək lazımdır, qəza qılmağa ehtiyac yoxdur. Bilərəkdən qılmamaq isə böyük günahdır.

Pages