qadınlar

Heyzli və cənabətli halda dua etmək olarmı?

    28.02.2015
Sual: 
Men dualarimin arasin kesmek istemirem. Her zaman evden cixanda ixlas suresini 7 defe ve ayetel kursi duasini oxuyuram.bilmek isteyiremki hezli ve cenabetli halda olsam bele bu dualari veya bir bawqa dua oxusam gunaha sayilmirki?Cavabiniza gore evvelceden tewekkur edirem.
Cavab: 

Salam aleykum. Heyz və cənabət halında dua etmək olar, Quran oxumaq isə olmaz. Yalnız qadınlara heyz vaxtı əzbərdən, kitabı əlinə almadan Quran oxumağa icazə verilir. Daha ətraflı: 
Heyz və cunublu halda Quran oxumaq barədə

Yataq otağında namaz qılmaq olarmı?

    26.02.2015
Sual: 
As salam aleykum.Bir nefere qadinlar ucun oz evlerinde,xususən yataq otaqlarinda qilmaq daha xeyirlidir dedim.Ve, o sie deyil sadece ozunu sie adlandirir, dediki sunnilerin her seyinnen razi ola bilerem ancaq bununla yox. Cunki, deyir,(uzr isteyirem)yataq otaginda qadinla kisi cinsi elaqede olurlar ve bele bir sey beyenilmir. İndi ise ona nece basa salmaq olar yeni Qurandan delillernen, ayelernen ve s.As salam aleykum
Cavab: 

Aleykum salam. Yataq otağında namaz qılmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hamam və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır".

Bir yerdə yaşadığım oğlan mənimlə kəbin kəsmir...

    26.02.2015
Sual: 
salam men ailəli olub ayrilmişam sonra bir oglanla biryerdə oldum 5ildi biryerdeyik sonra namaza gəldim oda evlidi ve menen biryerdə olunan sonra evlənib hemde yetim qızam hec kesim yoxdur Allahdan başqa namaz qiliram ve zina edirem oda kəbin kesmir ve hec vaxt kesmeyecek deyir deyir kəbin etsəm duzgun gerek yoldaşinin xeberi olsun ondada ailəsi dagilar amma valideyinləri bilirki heyatinda men varam birde nece defe ayrilmişam tovbe etmişəm zinaya aylarla ayri ayri qalmışıq amma heyat meni herledir firladir yene onunla barışmağa vadar edir men yene onunlayam xahiş edirəm cavab yazin
Cavab: 

Aleykum salam. Kəbin olmadan biryerdə yaşamaq və cinsi əlaqədə olmaq böyük və cəzası şiddətli olan günah -- zinadır. Kəbin kəsdirməyi tələb etməli, olmasa Allahdan qorxaraq tövbə etmək və bu əməldən çəkinmək lazımdır.

Heyz müddətində dırnaq boyasından istifadə etmək olarmı?

    25.02.2015
Sual: 
As salam aleykum.Men bir İslami saytda bele yazıldığını gördüm"Heyzli qadın bu müddət ərzində Namaz qılmayacağına görə, dırnaq boyasindan istifadə edə bilər(Şeyx Useymin)"... Hemin vaxt dırnaq uzatmaq olarmi,ve eger qadin hemin vaxtlar cole cixarsa, bes onda? As salam aleykum
Cavab: 

Aleykum salam. Dırnaq boyası və ya lak dırnağın üzərində təbəqə yaradaraq suyun dırnağa çatmasına mane olur. Bu səbəbdən dəstəmaz almazdan qabaq dırnaq boyası silinməlidir. Heyz zamanı qadınlar namaz qılmadıqları üçün dırnaq boyasından daha çox istifadə edə bilərlər.

Hamilə qadın uşağının sağ-salamat doğulması üçün hansı duaları oxumalıdır?

    25.02.2015
Sual: 
Salam menim 3ayliq uwaqim duwub men mualice edirem mikroblarim var hekim helelik uwaqa qalmaqa qoymur İnwallah uwaqa qalan zaman hansi dualari oxuyum ki uwaqim duwmesin saqsalamat doqulsun
Cavab: 

Aleykum salam. Quran və səhih hədislərdə bu barədə hansısa bir dua bildirilməmişdir. Amma alimlərə görə bu halda ümumən Qurani kərim oxumaq və ya dinləmək faydalıdır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.

Başın arxasına nəsə qoyaraq üstündən hicab bağlamaq olarmı?

    23.02.2015
Sual: 
Salam aleykum indi hicablı qadınların başlarının arxasını nəsə qoymağı dogrudurmu? onlar cənnətə daxil ola biləcəklərmi?Cox abartılı etməmək şərti ilə nəsə qoyulsa səliqəli görsənməsi üçün gunah sayılarmi?
Cavab: 

Aleykum salam. Bundan çəkinmək lazımdır. Daha ətraflı:
"Qiyamətə yaxın geyimləri olsa da, çılpaq görsənən qadınlar" hədisinin izahı

Pages