quran
Quranın azərbaycan hərfləri ilə yazılışını yaza bilərsinizmi?
Və aleykum Salam. Bu cavabı oxuyun: Qısa surələrin transkripsiyası (oxunuşu)
Qurani-Kərimin azərbaycanca təfsirini haradan oxumaq olar?
Və aleykum Salam. Quranın ən sadə təfsiri Abdur-Rahmən əs-Sə'dinin (Allah ona rəhmət etsin) müəllifi olduğu təfsirdir. Daha geniş olanlar isə ət-Tabərinin, əl-Qurtubinin, İbn Kəsirin və s. (Allah onlara rəmət etsin) təfsrləridir.
Quranı dəstəmazsız oxumaq olarmı?
Salam aleykum. Dəstəmazsız Qurani-Kərimi həm oxumaq, həm əl vurmaq icazəlidir. Amma dəstəmazlı halda oxumaq daha üstündür. Daha ətraflı:
Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Tilavət səcdəsi necə edilir?
Qədr gecəsində Quran kitabını başa qoymaq düzgündürmü?
Qurani-Kərimi kimlər kitab halında toplayıb?
Və aleykum Salam. Ayələrn ardıcıllığı Peyğəmbərin vaxtında da bu cür idi. Sadəcə kitab halına salınmamaışdı.
Quranda adı çəkilən peyğəmbərlər kimlərdir?
Salam aleykum. Adəm, İdris, Nuh, Hud, Davud, Süleyman, Musa, Harun, Yəhyə, İsa, Zəkəriyyə, İlyas, Əlyəsə, Lut, İbrahim, Yaqub, Yusuf, Yunus, Saleh, İshaq, Əyyub, İsmayıl, Şueyb, Zul-Kifl və Muhəmməd (Allahın onlara salavatı və salamı olsun).
Kürsü ayəsini qüsulsuz oxumaq olarmı?
Və aleykum Salam. Qüsl olmadan əzbərdən Kürsü ayəsini (Ayətul-Kursi) oxumaq olar. Daha ətraflı: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?