quran

Hədiyyə edilən Quran kitabını geri qaytarmaq olarmı?

    26.01.2018
Sual: 
Salam.mən bir sual vermək istəyirəm mənim sevdiyim insan mənə QURAN kitabı hədiyyə etmişdi. 5barmaq pirdən götürmüşdük .Bugün hərşeyə son qoyduq o istədi yəni ayrıldıq və mən Allaha acıq getməsin QURANi KƏRİMİ onun özünə qaytarmaq istəyirəm bu günahdırmı ? nə etməliyəm ?
Cavab: 
Va aleykum Salam. Quran kitabını qeyd etdiyiniz adama qaytarmanız günah deyil, lakin Qurani-Kərim onu haradasa müqədəssləşdirib əllərin dəymədiyi, gözlərin görmədiyi yerdə saxlanılmaq üçün yox, onu oxuyub əməl etmək üçün göndərilib. Həmçinin pirlərə getmək haram olan əməllərdəndir.

Qurana yalandan and içməyin günahını hər gecə ayətul-kursi oxumaqla yumaq olarmı?

    11.01.2018
Sual: 
Salam aleykum. Ayetul Kürsini 3 ildir ki hər gün yatanda 3 dəfə oxuyub yatıram. Amma Qurana yalandan and içmişəm. əlimi Qurana basdırıblar. Pozmuşam. Sualım odur ki, Ayetul Kürsinin savabına Allah mənim günahımı bağışlayar?
Cavab: 
Va aleykum Salam.
Yalandan and içmək böyük günahlardandır, böyük günaha görə əvvəlcə tövbə edib bağışlanma diləmək, sonra xeyirli əməlləri çoxaltmaq lazımdır.
Qurana yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur.

Vaqiə surəsində insanların üç sinfə ayrılacağı haqda ayəni izah edə bilərsinizmi?

    25.12.2017
Sual: 
Essalamu aleykum va rahmatullah. Vaqiə surəsinin 7-ci ayəsində siz 3qrupa ayrılacaqsınız deyir Allahu Teala .iki qrup sağ və sol tərəf sahibləri olduğu deyilir. Bəs üçüncü qrupa kimlər daxildi bilmirsiz? Quranın təfsirində də bu haqda heç bir söz yoxdur. Allah rizası üçün məni düşündürən bu sualın cavabını bilirsizsə paylaşın.
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Uca Allah buyurur: "siz üç qrupa ayrılacaqsınız". (əl-Vaqiə, 7). Ayənin təfsirində belə deyilir: "Qiyamət günü insanlar üç sinifə bölünəcəklər.

İsra surəsinin 71-ci ayəsində olan imam sözü kimə aid edilir?

    21.11.2017
Sual: 
Salam aleykum. Xahiş edirəm İsra sürəsi 71 ayə barədə açıqlama verəsiz. O gün bütün insanlar öz imamları ilə birlikdə çağrılacaqlar. Burada söhbət kimdən gedir, yəni imamlar dedikdə kimlər nəzərdə tutulur?
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir". (əl-İsra, 71).

"Canına qəsd edən bizdən deyil" mənasında olan ayələr varmı?

    15.11.2017
Sual: 
Salam.Qurani Kerimde "Canina qesd eden bizden deyil"ve ya bunun kimi ayeler var?
Cavab: 

Va aleykum Salam. Qurani-Kərimdə sizin dediyiniz kimi olmasa da, ümumiyyətlə özünü öldürməyi qadağan edən ayə var. Uca Allah buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin.

Alt paltarı bulaşdıqda qüsl alınmalıdırmı?

    26.10.2017
Sual: 
menim 14 yawim var alt paltarimda ag sperma olur onda men ne qusulu alim el bir sekilde Qurana el vura bilerem namaz qila bilerem.zehmet olmasa cavab verin
Cavab: 
Salam aleykum. Əvvəlcə bunun məni (sperma), yoxsa məzi olduğunu müəyyənləşdirin, çünki məzi qüslu pozmur və az miqdarda olur. Məni isə şəhvət hissi ilə xaric olur və miqdarı çox olur. Məni ifraz olunduqda cənabət qüslu almaq lazımdır. Alt paltara məzi dəydikdə, qüsl almağa ehtiyac yoxdur.

Quranın azərbaycan hərfləri ilə yazılışını yaza bilərsinizmi?

    19.08.2017
Sual: 
Salam aleykum.size butda bir nəfər yazmışdıki bəqərə surəsini 23cü ayəyə qədər ərəbcə yazın sizdə yazmışdız. Mən bütöv quran surələrini ərəb dilində ama azəri hərfləriylə necə əldə edə bilərəm.onu bütöv şəkildə yada hissə hissə mənə göndərə bilərsiz? Əyər hamsı alınmırsa təkcə hədid surəsini göndərin. Təşəkkürlər. Email: [email protected]
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun: Qısa surələrin transkripsiyası (oxunuşu)

Qurani-Kərimin azərbaycanca təfsirini haradan oxumaq olar?

    05.08.2017
Sual: 
Əvvəlcədən oxucular üçün ərsəyə gətirdiyiniz bu işə, bu zəhmətə görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Vaxtaşırı müxtəlif maraqlı və bizlər üçün vacib, həyati əhəmiyyətli mövzulara toxunursunuz. Bildiyimiz kimi Qurani Kərimin mənaca və təfsilati yəni şərh olunaraq izahlı tərcümə formaları var. Mən mənaca tərcümə ilə bağlı gözəl mənbə tapmışam, keyfiyyətli tərcümədir. Ancaq mən bilmək istərdim ki, təfsilati yəni şərh olunaraq hansı izahlı mənbə var? Hansı mənbə daha etibarlı və anlaşıqlıdır? Yəni hansı mənbəyə və ya mənbələrə müraciət edə bilərəm?
Cavab: 

Və aleykum Salam. Quranın ən sadə təfsiri Abdur-Rahmən əs-Sə'dinin (Allah ona rəhmət etsin) müəllifi olduğu təfsirdir. Daha geniş olanlar isə ət-Tabərinin, əl-Qurtubinin, İbn Kəsirin və s. (Allah onlara rəmət etsin) təfsrləridir.

Pages