quran

Səcdə ayələrini oxuyanda səcdə etmək mümkün deyilsə, nə etmək lazımdır?

    08.06.2016
Sual: 
Salam aleykum Men sizden secde ayeleri barede sorusmaq isterdim meselen.ele yerdeyemki secde etmek mumkun deyil ve quranda secde ayesi oxudum neylemeliyem
Cavab: 

Və aleykum Salam. Səcdə ayələri oxunduqda edilən səcdəyə tilavət səcdəsi deyilir. Bu səcdəni etmək əlavə savab qazandıran əməllərdəndir. Lakin, səcdə etməyə imkan olmayanda bu səcdəni etməmək günah deyil.

Quranda torpağa səcdə ilə əlaqəli ayələr varmı?

    04.06.2016
Sual: 
Salam Aleykum men bilmek isteyiremki quranda torpaga secde etmek baresinde yazilar varmi?birde men evvel sie qilirdim indi tezelikce sunni namazina kecmisem.amma yenede icimde subheler var.sie namazini torpaga gore secdim.lakin erebler elibagli qildigi ucun sonda mende ele qilmaga qerar verdim.indiden teşekkurler
Cavab: 
Və aleykum Salam. Əslində "torpağa səcdə etmək" ifadəsini işlətmək düzgün deyil, çünki səcdə yalnız Allaha edilməlidir. Yalnız torpaq üzərində səcdəyə aid heç bir əmr yoxdur. Daha ətraflı:

Peyğəmbərin Cəbraili öz görkəmində görməsini inkar etmək olarmı?

    01.06.2016
Sual: 
Necm suresine esasen cebrail 2defe oz simasnda peygenbere nazil olub 4alim aciqlayib mekarim sirazi inkar edr niye?
Cavab: 
Salam aleykum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Cəbraili iki dəfə Cəbrailin öz qiyafəsində görüb. Bunu inkar etmək Quran ayələrini inkar etməkdir. Bu isə ən böyük günahlardandır. Uca Allah buyurur: "Bunu ona çox qüvvətli olan öyrətdi – gözəl görünüşlü Cəbrail.

"əl-Kafirun" və "əl-Cinn" surələrinin transkripsiyasını yaza bilərsiniz?

    30.05.2016
Sual: 
Xahiş edirəm "Kafirun" və "Cin" surələrinin ərəbcə deyilişi ilə olmaqla latınca yazılışını mənə göndərərdiniz...
Cavab: 
Salam aleykum. Siz ərəb əlifbasını öyrənib özünüz bu surəni ərəbcədən oxusanız daha yaxşı olar. Daha ətraflı: 
əl-Kafirun surəsinin oxunuşunu bura yaza bilərsinizmi?

Ali-İmran surəsi 18 və 19-cu ayələrin fəziləti haqda hədis deyə bilərsiniz?

    25.05.2016
Sual: 
assalumu aleykum ali imran suresinin 18,19 ayetlerin fezileti haqqda melumat hedis ne olursa cox vacibdi allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır.

Evdə dua yazılmış kağız və cadu edilmiş əşyalar tapılıb, onu nə etmək lazımdır?

    22.05.2016
Sual: 
salam bizim evden bir balaca kagiz erebce yazilmiw dua,icinde parcadan duzeldilmiw bir kiwi bir qadin qadinin boynunda qara ip dolanib.parca dowek uzu parcasindandi.nece temizleyek onu evde dua oxutduraq yoxsa ozumuz her hansisa duani oxuyaq?evvelceden tewekkurler
Cavab: 
Və aleykum Salam. Tapdığınız bu şeyləri Quran ayələri oxunmuş suya salın, sonra qurudub yandırın və cadunun təsiri yox olana qədər mütəmadi olaraq evdə Quran ayələrini dinləyin. Daha ətraflı: Cadudan necə qorunmaq olar?

Aşağıdakı ayənin nə üçün bir hissəsini kəsib başqa mənada yazırsınız?

    21.05.2016
Sual: 
Salamu aleykum Uca Allah Həşr surəsinin 7-ci ayəsində Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın.

Pages