Quranı tapşırdıqdan sonra hansısa dua varmı?
Salam aleykum. Quranı oxuyub ölüyə "tapşırmaq" dinimizdə yoxdur. Daha ətraflı: Ölüyə quran oxumaq olarmı?
Salam aleykum. Quranı oxuyub ölüyə "tapşırmaq" dinimizdə yoxdur. Daha ətraflı: Ölüyə quran oxumaq olarmı?
Salam aleykum. Qurani-kərim kitabını evdən çıxarmağa aid heç bir qadağa yoxdur. Bu kitabı əvvəl özünüz oxusanız daha yaxşıdır, sonra isə oxumaq üçün başqalarına vermək olar.
Salam aleykum. Quran Ramazan ayında nazil olmağa başlayıb. Bundan sonra 23 il ərzində nazil olub.
Və aleykum Salam. Quranda münafiqlər deyildikdə İslamla düşmənçilik edərək zahirdə özünü müsəlman kimi göstərən daxildə isə kafir olub İslama inanmayanlar nəzərdə tutulur. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dövründə münafiqlər olmuşdur.
Və aleykum Salam.
1. Cinlər oddan yaradılıb, amma bu o demək deyil ki, od onlara təsir etməyəcək. Necə ki, İnsan torpaqdan yaradılıb, lakin ona torpağı bərk vuranda təsir edir. Ona görə də sizi cinlərin oddan yaradılması çaşdırmasın.