quran
Allahın və mələklərin salavat etmələri necə başa düşülür?
Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər!
Quran kitabını satmaq olarmı?
Və aleykum Salam. Qurani-Kərim kitabını satmaq qadağan deyil.
Quranı oxumaq üçün digər kitablara ehtiyac varmı?
Tövbə surəsinin 105-ci ayəsində qəsd olunan nədir?
Quranda "Əbu Ləhəbin əlləri qurusun, qurudu da" ayəsi nazil olandan sonra həqiqətən bu baş verdimi?
Və aleykum Salam. İnsan əməllərin çoxunu əlləri ilə edir. Yəni, o əllər heç oldu, faydasız oldu. Bu ərəb dilində olan bir üslubdur. Həmçinin, oxuyun: əl-Məsəd surəsinin izahı
Dəstəmaz almadan Quran açmaq olar?
Salam aleykum. Gələcəyi öyrənmək məqsədilə Quran açdırmaq böyük günahdır. Əgər Quranı oxumaq üçün açırsınızsa, dəstəmazsız halda istər Qurani Kərimin özünü, istərsə də Azərbaycanca tərcüməsini oxumaq olar. Lakin dəstəmazlı halda oxumaq daha yaxşıdır.
Qurana toxunmadan qüsulsuz dua oxumaq olar?
Bəqərə surəsinin 63 və 93-cü ayələrinin izahı necədir?
Və aleykum Salam. Uca Allah buyurur: "Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: "Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!" (əl-Bəqərə, 63).
"Mulku Suleyman" ayəsinin oxunuşunu yaza bilərsinizmi?
Və aleykum Salam. Siz ərəb əlifbasını öyrənsəniz daha yaxşıdır, çünki, nə qədər dəqiq yazılsa da ərəbcə səslənən hərflərin yazılışını düzgün yazmaq mümkün deyil.