quran

Quran ayələrini suya oxuyub ətrafa çiləmək icazəlidirmi?

    21.10.2015
Sual: 
as salam aleykum va rahmatullahi va barakatuh.bir coxlari suya felaq nas ixlas surelerini oxuyub sora o suyu etrafa ciliyirler.bu bidetdirmi yoxsa buna icaze varmi
Cavab: 

Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Xəstəlikdən şəfa tapmaq və ya evi cadudan təmizləmək məqsədilə Quran ayələrini, zikr və duaları suya oxumaq barədə Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) birbaşa dəlil yoxdur.

Aşağıda qeyd olunan hədislər səhihdirmi?

    12.10.2015
Sual: 
Salam aleykum. 1) peygemberimizden axir zaman atalarina aid hedisi varmi ki onlar ovladlarina dini oyretmeyecekler hetta oyrenen zaman onlara mane olacaqlar? Men bele bir hedis esitmisem ama deqiqliyini bilmirem.2) Peygemberimizden suyu butulkadan icmemeye dair hedis gelibmi? 3) Peygemberimizin agaci yanina cagirmasi hadisesi dogrudurmu? 4) olenlere yasin oxuyun(Əhməd,5ci,26) hedisi barede melumat vererdiz Allah razi olsun amin
Cavab: 

Aleykum salam.

Ruqyadan sonra cinlərin bədəndən çıxıb-çıxmamasına necə əmin olmaq olar?

    04.10.2015
Sual: 
Ass Sələm aleykum va rahmatullahi va barakatu.1 aydan çoxdu halsız idim əllərim ayaqlarım keyiyirdi Quran oxuyarkən baş ağrısı okurdu evdə uşaqlarla yola getmirdim.Hətta ev işlərimi belə görməyə çətinlik çəkirdim ayaqlarımda belimdə gəzməyə hal yox idi canım çox narahat idi.Telefonnda rukya dinliyərkən əl ayaq keyiyirdi.Üzr istiyirəm hamamda dəstamaz alarkən gözlərimnən qorxdum elə bildim ilan gözləridi çıxıb qaçdım güzgüyə baxa bilmirdim.Ramazanda 10 gün oruc tuta bildim boğulurdum üreyim bulanırdı bədənim əsirdi.həkimə grtdik nevroz əlaməti kimi müalicə yazdı həkim.Amma heç bir xeyri olmadı.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bunu yenidən ruqyə etdirməklə və ya hər gün uzun müddət Qurana qulaq asmaqla müəyyən edə bilərsiniz. Qəribə hallar baş verməsə, deməli bədəndə heç nə qalmayıb.

Aşağıdakı duanın mənasını yaza bilərsinizmi?

    28.09.2015
Sual: 
Salam. VE KUL CAEL HAKKU VE ZEHEKAL BATIL, İNNEL BATILE KANNE ZAHUKE duasının tərcüməsi necədir? Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Aleykum salam. Bu, dua yox, Quran ayəsidir. Uca Allah buyurur:
"Va qul cəəə-ə-l-həqqu va zəhəqa-l-bəətıl, İnnə-l-bəətılə kəənə zəhuuqaa"
"De: "Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!"
(əl-İsra, 81)

Namazda qiraət nə deməkdir?

    22.09.2015
Sual: 
salamun eleykum.Namazda kraati nedir? oxumaq vacibdir? oxumasaq pozulurmu Namaz
Cavab: 

Aleykum salam. Qiraət, ərəb sözüdür, mənası "oxumaq" deməkdir. Namazda qiraət isə namazda Quran oxumağı bildirir. Uca Allah buyurur: "Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun!" (əl-Muzzəmmil, 20).

Keçmiş illərin qəza namazları necə qılınır və namazda Fatihədən sonra Ayətul Kursini oxumaq olarmı?

    22.09.2015
Sual: 
Salam. Men. 3 aydır namaza bashlamısham 19yashım var menım nece ıl qezam var ve qezaları nece qılım?? Bırde men zohr namazında fatıhe suresınden sonra ayet-el kursunu deyırem ancaq zohr namazında bu gunah deyıl kı??
Cavab: 

Aleykum salam.

Aşağıda qeyd olunan Quran ayələrinin təfsirlərini yaza bilərsinizmi?

    21.09.2015
Sual: 
As salamu aleykum. Sizden xaişim var iydi, indi qeyd edəcək Quran ayələrinin təfsirini mümkünsə yazardız. Ən Nəml 90; Əl Əraf 197; Ər Rad 14; Əz Zumər 2-3; Əl Əraf 29; Əl Isra 56-57; Yunus 18; Fatir 13-15. Əvvəlcədən çoxsağolun.
Cavab: 

Aleykum salam. Aşağıdakı linkdən Abdurrahmən ibn ən-Nasir əs-Səədinin Quran Təfsiri kitabının Azərbaycan dilinə tərcüməsini oxuya bilərsiniz: http://qurantafsiri.blogspot.com

Pages