Sual:
Salam aleykum.
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə, 214) Bu aye meni çox qorxudur. Hətta elə olur ki imanım artanda bu ayə yadıma düşür. İmanımın artmasın istəmirəm bəzən. Qorxuram qarşılaşacağım imtahanlardan. Mənə bir tövsiyə etmənizi xahiş edirəm.