quran

Loğman surəsinin oxunuşu

    12.07.2015
Sual: 
Əs Sələmu Aləkum va Rahmətullahi va Bərakətuh qardaş. Əgər mümkündürsə xahiş edirəm ki, 31.Loğman surəsinin hamısını ya da yaza biləcəyiniz qədər ərəbcə oxunuşunu qoyardız in şə ALLAH. ALLAH sizdən razı olsun! ALLAH sizi Cənnətlə müjdələsin! ALLAH sizi və ailənizi qorusun! ƏMİN! Əs Sələmu Aləykum va Rahmətullahi va Bərakətuh...
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Sizə tövsiyəmiz odur ki, daha yaxşı olar ki, bunun əvəzin sizə ərəbcə Quran oxumağı öyrənməyi öyrəsiniz və buna bacardığınız qədər cəhd göstərəsiniz. Həqiqətən insanın can atdığı şey ona müyəssər olar.

əz-Zumər surəsinin 42-ci ayəsinin təfsiri

    26.06.2015
Sual: 
Salam aleykum. zəhmət olmaxsa zumər surəsi 42ci ayənin tam təfsirini yazardınız. Allah razı olsun.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz ayədə Uca Allah belə buyurur: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır.

Pages