quran

Qadın tək xarici ölkədə körpə övladıyla yaşaya bilərmi və digər suallar

    23.08.2015
Sual: 
Salam aleykum 1 qadının əri ola ola naməhrəmlərlə işləməsinə islam necə baxır?2 Qadın tək başqa bir ölkədə balaca uşağıyla yaşaya bilərmi?3 Qadın Quran öyrənmək istədikdə əri qoymazsa gizlincə gedib muselman bacılardan öyrene bilərmi?4 Quran oxuduqda mənasını dərk etmədikdə savab yazılırmı? Xahiş edirəm yazın . Allah elminizə bərəkət versin və sizi muttəqilərlə bir yazsın . əmin
Cavab: 

Aleykum salam.

Övladı evləndirərkən Quranla fala baxdırmaq nə dərəcədə doğrudur?

    18.08.2015
Sual: 
salam.elarasinda istixare adlandiraraq qurana baxtiribda uwaqlarini evlendirmek duzdu?mollaya Quran actirib qizla oglanin geleceyi yaxwimi pismi olar deye ve cox adam belece niwanlayir uwaqlarini. Bu ne derecede duzgundur men bilmek iserdim
Cavab: 

Aleykum salam. Bu, ən böyük günahlardandır. Daha ətraflı:
Quranla istixarə etmək barədə
Quran açdırmaqla gələcəyi bilmək olarmı?

Üzərində Quran ayələri yazılan boyunbağı ilə ayaqyoluna girmək olarmı?

    16.08.2015
Sual: 
Salam Aleykum.Mende sep var uzerinde Ayetel-Kursi yazilib.Men onu hec vaxt cixarmiram boynumnan.Bilmek isterdim ayaqyoluna onunla girmek gunahdirmi?
Cavab: 

Aleykum salam. Üzərində Quran ayələri, "Allah" sözü, Allahın digər adları və s. yazılan boyunbağını natəmiz yerlərə daxil olduqda çıxarıb kənara qoymaq lazımdır.

Təhrim surəsinin ilk beş ayəsinin təfsiri

    09.08.2015
Sual: 
Salam aleykum. Təhrim surəsinin ilk5 ayəsinin təfsirini verin zəhmət olmazsa. Allah razı olsun çox sağ olun.
Cavab: 

Aleykum salam.  Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan (kəffarə verməklə) azad olmağı sizdən ötrü qanuniləşdirmişdir.

əl-Fəth surəsində deyilən "səcdə izi" nə deməkdir?

    05.08.2015
Sual: 
Salam aleykum. Fəth surəsi 29cu ayəsində başa düşdüyümə görə möminlərin üzlərində səcdə izi olduğu yazılıb. Bunu zəhmət olmazsa başa salardınız.yəni səcdə izi nə deməkdir? Adətən səcdə izinin möhürlə namaz qılanlarfa görürəm. Mən isə möhürsüz qılıram.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir.

Ayətul Kursini oxuyarkən səhv təlləffüz etmək günahdırmı?

    19.07.2015
Sual: 
SALAM ALEYKUME. Ayətul kürsünü ərəbcə oxuyanda sözləri səf tələffüz eləsəm bu düzgündür.məsələn yatağa girəndə bu kürsü səf oxusam.onda kürsü oxumağımın bir mənası varmı?bir dəki.bu kürsüləri oxuyanda səslə oxumalısan yoxsa ürəyindədə oxuya bilərsən.İnşallah cavablandırarsız.Tələsik yazmışam bağışdıyın ona görə bəzi hərfləri səf yaza bilərəm.Allah razı olsun....
Cavab: 

Aleykum salam. Əgər bilmədən belə xətalara yol versəniz, bu hal üzürlü sayılır. Lakin bilərəkdən, yaxud səhlənkarlıqdan dolayı mənası dəyişəcək qədər Quran oxuyarkən sözləri səhv tələffüz etmək, əlbəttə ki, böyük günahlardan sayılır.

Pages