Televiziyada göstərilən Peyğəmbərimizə aid olduğu deyilən əşyalar həqiqətən ona aiddirmi?
Aleykum salam. Dünyanın müxtəlif yerlərində muzeylərdə Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) aid olduğu iddia edilən əşyalar saxlanılır. Bu əşyaların həqiqətən də Ona (salləllahu aleyhi və səlləm) aid olmasına dair səhih dəlil yoxdur və mötəbər alimlər də bunu təsdiqləməyiblər.