şəxslər

Peyğəmbərin adını çəkəndə "salavatullah" demək olar?

    28.05.2014
Sual: 
Salam aleykum.Peygemberimizin adini chekende''salavatullah''demek olar?yeni ''sallallahu aleyhi ve sellem''in yerine
Cavab: 

Aleykum salam. Peyğəmbərin adı çəkiləndə "salavatullahi aleyhi" deyə bilərsiniz. Amma təkcə "salavatullah" demək olmaz, çünki bunun mənası "Allahın salavatı" deməkdir. Bunu dedikdə mütləq "aleyhi" (üzərinə olsun) sözünü də əlavə edin.   

Xilafət və təşəhhüdlə bağlı sual

    27.05.2014
Sual: 
As Salamu Aleykum 1) Hz.Muhammed dunyasini deyiwdikden sonra hakimiyyete kim gelmisdir? Hz.Ebu Bekr yoxsa Hz.Eli? 2)Bezi insanlar Hz.Omeri tehqir edirler onun yadsi insan olmadigini soyleyirler. Bu fukir ne derecede dogrudur? 3) Neye gore teşehudde oturarken sol ayagimizin ustunde oturu sag ayagimizi ise duz tuturuq. ?
Cavab: 

Aleykum salam.
1) Muhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra ilk seçilib təyin olunan xəlifə möminlərin əmiri Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) olmuşdur.

Məgər peyğəmbərimiz gecələri və gündüzləri yatmayıb?

    22.05.2014
Sual: 
Salam aleykum. bildiyimə gorə Sallallahu aleyhi və Səlləm gecə gunduz yatmIyIb bu haqda məlumat verin.
Cavab: 

Aleykum salam. Peyğəmbərlər bəşər övladıdırlar və hər bir bəşər övladı kimi onlar da yatmaq xüsusiyyətinə malikdirlər. Allah Təala buyurur: "(Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır.

Peyğəmbərə salavat göndərmək duanı əvəz edirmi?

    16.05.2014
Sual: 
Salam aleykum. Bu hədisi açıqlaya bilərsinizmi? Mən belə anladım ki Allah Tealaya dua edərkən ancaq resulullaha (sallallahu aleyhi ve sellem) deyerek salavat göndərmək lazımdır. Yəni bu daha yaxşıdır. Allahdan bağışlanma diləmək əvəzinə və ya hansısa Allah Tealadan istəyimizin əvəzinə elə ancaq salavat göndərək? Biz dua etmək istəyirik. Onu etməyərək, onun əvəzinə salavat göndərsək duanı istəmiş kimi oluruq. Düzmü anlamışam? Allah razı olsun!
Cavab: 

Aleykum salam. Bu hədisdən belə başa düşülmür ki, insan bağışlanma diləmək və ya Allahdan nəsə diləmək istədikdə yalnız salavat deməklə kifayətlənməlidir. Bunu belə başqa düşmək düzgün deyildir.

Pirlər peyğəmbərlərin qəbirləridirmi?

    09.05.2014
Sual: 
Salam aleykum. Men bilirem ki, pirlere getmek duzgun deyil. Amma bir nefer mene dedi ki, guya pirler Peyqemberlerimizin qaldigi yer olub. Meselen, Xidirzinda adlanan pir heqiqeten Xizir peyqemberin qaldigi yerdir? Allah 124000 peyqember gondermishdir. Pirlerin peyqemberlerle elaqesi varmi? Men duzu inanmiram. Allahi qoyub pirlere dua edirler.
Cavab: 

Aleykum salam. Muhəmməd peyğəmbərdən (salləllahu aelyhi və səlləm) başqa heç bir peyğəmbərin qəbirinin yeri məlum deyil, ona görə də, bu iddialar batildir. Pirlər peyğəmbərlərin (Allahın onlara salamı olsun) dəfn olunduğu yer olmuş olsa belə, onlara ibadət etmək olmaz.

Süleyman peyğəmbər haqqında

    08.05.2014
Sual: 
Salam aleykum. Size Suleyman peygember haqqinda sual vermek isteyirem. Suleyman peygemberin kralligi var idi. Neche yuz dene heyat yoldashi var idi. Deyesen onun qadinlarindan bezileri Allaha deyil, bezi butlere inanirdi. Men bir yerde oxumushdum ki, Suleyman peygember yolunu shashiraraq Allaha sherik qoshmushdu ve yoldashinin sitayiş etdiyi butlere inanmishdir. Onun oglu Davud ise heç bir zaman Allahdan qeyrisine inanmamishdir. Xahiş edirem ki, bu suala cavab veresiniz.
Cavab: 

Aleykum salam. Süleyman peyğəmbərin (Ona Allahın salamı olsun) Allah Təalaya şərik qoşması mümkün deyildir. Çünki peyğəmbərlər (Onlara Allahın salamı olsun) nəinki, şərik qoşmaq günahından, bütün asiliklərdən qorunurlar.

İmam Mehdi necə zühur edəcək?

    04.05.2014
Sual: 
Salam aleykum. Menim qaynimin oglunun adi Sahibdir ve onun 4 yashi var. Yoldashim ona "Sahib ez Zaman" deyir. Men deyirem ki, ele deme, gunahdir. Deyir ele belke bu hemin imam Sahibdir. Bu ne derecede dogrudur? Bilmek isterdim ki, imam Sahib ez Zaman nece zuhur edecek?
Cavab: 

Aleykum salam. Sahib adını qoymaqda heç bir problem yoxdur. Lakin heç bir kəsi Sahib əz Zaman (zamanın sahibi) deyə çağırmaq olmaz. Çünki zamanın sahibi (ağası) yalnız Uca Allahdır. Əslində isə həmin insana Mehdi deyilir. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir.

Pages