Davud peyğəmbər Musa peyğəmbərdən (Onlara Allahın salamı olsun) əvvəl olubmu?
Aleykum salam. Bu məsələ mübahisəli olsa da, səhih olan rəy budur ki, Davud Musadan (Onlara Allahın salamı olsun) sonra yaşayıb. Buna dəlil isə əl-Bəqərə surəsinin sonlarında Musadan (Ona Allahın salamı olsun) sonra yaşamış İsrail oğullarının hekayəsidir.