şəxslər

Şəhadətdə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyyullah" deyilməlidir?

    08.03.2014
Sual: 
Salam aleykum. Kelimeyi Şehadet haqqinda mubahiseler choxdur. Xususile de onun sonundaki "əşhədu ənnə əmirəl mumininə Aliyyən valiyullah" hissesi. Men bilmirem sonda o hisseni deyim ya demeyim. Here bir shey deyir. Qrup yoldashim bu haqda mene dedi ki, Peygemberimiz (s.a.s) son nefesinde o hisseni de vesiyyet edib. Amma son nefesini verdiyi uchun heç kim inanmayib ve qebul etmeyib o hisseni. Xahiş edirem bu haqda etrafli melumat veresiniz. İndiden chox sagolun. Allah sizden razi olsun!
Cavab: 

Aleykum salam. Şəhadət kəlməsinə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyullah" sözlərini əlavə etmək olmaz. Çünki, bu ifadə şəhadət kəlməsinə sonradan əlavə olunmuşdur.

Əhli Beyti sevməmək gühandır?

    07.03.2014
Sual: 
Salam aleykum. Peygember (s.a.s) Qedir Xumda bele buyurdu: "Men size iki emanet qoyub gedirem. Biri Qurani Kerim, digrə biri ise Ehli Beytimdir". Ehli Beyti sevmemek gunahdir? Xahiş edirəm ki, bu barədə mənə geniş və ətraflı məlmat verəsiz.
Cavab: 

Aleykum salam. Bəli, Əhli Beyti sevməmək günahdır. Hər bir haqq üzərində olan müsəlman Əhli Beyti sevməli, onlara hörmət bəsləməli və Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) onlar barəsində etdiyi tövsiyəyə riayət etməlidir.

Bütün peyğəmbərlər namaz qılıblarmı?

    03.03.2014
Sual: 
Salam aleykum. Butun peygemberler namaz qiliblarmi?
Cavab: 

Aleykum salam. Bəli, Uca Allah Quranda peyğəmbərlərin namaz qıldığını bildirmişdir. Uca Allah Məhəmməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik.

Peyğəmbərimiz hansı ayda anadan olub?

    27.02.2014
Sual: 
Salam aleykum. Peygembermiz (sallahu aleyhi ve sellem) hansi ayda doğulub? Niye ad gunu kechirmeyib ve bunu kimseyede buyurmayib? Ətrafli əlumat verseniz sevinərdim.
Cavab: 

Aleykum salam. Bəzi İslam tarixçiləri Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) miladi tarixlə 570, yaxud 571-ci ilin rabiul-əvvəl ayının 12-də, bəziləri isə rabiul-əvvəlin 17-də dünyaya göz açdığını yazırlar.

Adəm və Həvvadan sonra insan nəsli necə törəyib artdı?

    25.02.2014
Sual: 
Salam aleykum! Bildiyimiz kimi Həvva Adəmin qabırğasından yaradılıb. Adəm və Həvvanın ovladları olandan sonra insanlar necə artdı? Bu haqda yazmagınızı xahiş edirəm! Çunki deyirlər ki, onların uşaqları bir-biri ilə evləniblər. Bu düzdümü? Əvvəlcədən təşəkkur edirem!
Cavab: 

Əbulfəz ağa kimdir?

    21.02.2014
Sual: 
Salam aleykum. Ebulfez aga kim olub?
Cavab: 

Aleykum salam. Əsl adı Qəməri Bəni Haşim Əbulfəz Abbasdır (Allah ondan razı olsun). Möminlərin əmiri Əlinin (Allah ondan razı olsun) oğullarından biridir. Əhli-Beytdən hesab olunur. Əbulfəz Abbas (Allah ondan razı olsun) hicrətin 26-cı ilinin Şaban ayının 4-də dünyaya göz açmışdır.

Hz. Mehdi kimdir?

    19.02.2014
Sual: 
Salam aleykum. Hz. Mehdi kimdir? Onun ishi nedir?
Cavab: 

Və aleykum Salam. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin nəslindəndir.

Pages