ailə

Uşağımın ölümündə özümü günahkar bilirəm...

    25.04.2016
Sual: 
Salam.axşamınız xeyirli olsun.mınim üc övladım 2oğlan1qız var idi.2 ay bundan əvvəl qız övladım 14 yaşənda avtamobil qəzasında dünyasını dəyişub.övlasım cox ağıllı,tərbiyəli,abır həyalı,Allah qorsusu olan,dərslərində əlacı bir övlad idi.onu hec cürə unuda bilmirəm.Allahəmnannda cox qorxuram göz yaşlarıma görə.nə edimki biraz səbir tapım.həmdə özümü günahkar bilirəm.cünki bibisiylə,bibisinin əriylə gəzməyə göndərmişdim.hər ücü rəhmətə getdilər.nə edimki bu fikri başımnan cıxarım
Cavab: 

Və aleykum Salam. Bu çox ağır itkidir. Allah onlara rəhmət etsin. Onların dünya həyatı bu vaxt dayanmalı imiş. Lakin, siz özünüzü günahkar çıxartmayın. Gələcəyi yalnız Allah bilir. Sizə bu avtomobil qəzasını qabaqcadan bilə bilməzdiniz. Onlar üçün dua edin.

Ailədə qadın kişinin təbii ehtiyaclarını ödəmirsə, kişi nə etməlidir?

    21.04.2016
Sual: 
Salam Aleykum. Bilmək istərdim ki, ailədə qadın kişinin təbii ehiyaclarını ödəyə bilmirsə, yaxud bundan boyun qaçırırsa şəriətdə bunun hökmü nədir. Belə problemlə üzləşdikdə hər iki cinsin nümayəndəsi üçün İslam alimləri nəi məsləhət görür. Allah razı olsun.
Cavab: 
Və aleykum Salam. Sizin qeyd etdiyiniz məsələdə bəzi məqamlar aydın deyil. Qadının imtina etməsinin səbəbi nədir? Öz xoşu iləmi imtina edir, yoxsa xəstəliyi var, depressiyadadır? Sual aydın olmadığına görə bir şey demək çətinlik törədir. Sualı bir qədər aydınlaşdırmağınız lazımdır.

Əgər sevdiyim başqası ilə zina edibsə, bu mənə xəyanət sayılır?

    19.04.2016
Sual: 
eger sevdiyim bawqasiyla zina edibse bu mene xeywanet sayilir??? biz ervlenmemiwden qabaq olubsa vze biz bir birmizi sevdiyimiz halda zina edibse mene xeyanet demekdimi?
Cavab: 
Salam aleykum. Zina birinci növbədə Allaha üsyandır və böyük günahdır. Əgər sizi sevdiyini iddia etdiyi halda edibsə, sizə xəyanət də sayılır. Həmçinin oxuyun:
Zina və onun cəzası haqqında

Qadın əvvəlki ərini tapa bilmirsə, onunla kəbini necə poza bilər?

    19.04.2016
Sual: 
Salam, men bir qadini sevirem o da meni. Kebin isteyirik, lakin hemin qadinin bawqa biri ile kebini olub 6 ay bundan qabaq, hemin oglani tapa bilmirik ki, kebini pozaq. Basqa ne cur pozmaq olar kebini?
Cavab: 
Və aleykum Salam. Əgər bu qadın həmin adamla hər iki tərəfin razılığı ilə boşanıbsa, kəbin pozulmuş sayılır. Qadın sevdiyi kişi ailə həyatı qura bilər. Həmçinin, oxuyun: Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?

Ailə həyatını kəbinsiz, lakin toyla qurmuşamsa, bu, zina sayılr?

    12.04.2016
Sual: 
Bir sualim var. Bagishlayin sualima gore. Menim toyum oldu amma kebin kesdirmedik ozumde namaz qiliram. Her cinsi elaqeden sora o haram sayilir zina sayilir? Gedib kebin kesdireceyik in sh Allah, bilmek isterdim kebinden sora gunahlarim pozulur? Cox narahatam gunahdan cox qorxuram.
Cavab: 

Salam aleykum. Əgər valideynlər tərəfdən halallıq, nişan, toy olubsa, bu zina sayılmır və yenidən kəbin kəsdirmək lazım deyildir. Şəriətə görə nikahın şərtləri qadının vəlisinin razılığı, şahidlərin iştirakı və qadına mehr verilməsidir.

Pages