Qızım dünyasını dəyişdiyi üçün mənə çox çətindir, nə edim?
Sual:
Mənim 3 övladım varidi.2oğlan,bir qızım.qızımın 14 yaşı var idi. 2ay bundan qabaq avtamobil qəzasında vəfat edib.mən qızımı hec cürə yaddan cıxara bilmurəm.amma mən övladımnan cox razı idim.tək mən yox bütün qohum əqrabalar,müəlimələridə balamnan razı idilər.cox ağlllı,tərbiyəli,abırlı,savadlı övlad idi.mən onsuz yaşaya bilmirəm.cox cətinlik cəkirəm.nə edim?
Cavab:
Salam aleykum. Ölən uşaqlar haqda Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çox müjdə verici hədisləri vardır. Səbr edin və Allaha yönəlin ki, Cənnətdə övladınızla bir yerdə olasınız. Allah sizə səbr versin və qızınıza rəhm etsin.