"Gecə vaxtı uşağı bayıra çıxarmazlar" deyimi doğrudurmu?
Və aleykum Salam. Bəli, bunun müəyyən dərəcədə dini əsası var. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Gecənin zülməti, yaxud qaranlığı keçincəyə qədər uşaqlarınızı evdən bayıra buraxmayın. Çünki bu vaxt şeytanlar hər tərəfə yayılırlar".